Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-306/2026 30.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu Azərbaycan Respublikası DİN-nin Qaradağ rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 327.1 və 333.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının patrul xidməti inspektoru, polis serjantı X1 tərəfindən Şəxs barəsində inzibati xətaya dair İXP seriyalı, ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş öyrənilərkən onun baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu, lakin materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, İXM-in 61.5-ci maddəsinə müvafiq olaraq inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Nəzərə alınmalıdır ki, İXM-in 333.2-ci maddəsinin sanksiyasında tənbeh növündə həmçinin inzibati həbs nəzərdə tutulmuşdur. Qanunun mənasına görə, habelə qanunun tələblərinin yerinə yetirilməsi üçün bu cür hallarda inzibati xətaya dair materialı məhkəməyə göndərmiş səlahiyyətli şəxs, barəsində icraat aparılan şəxsin də məhkəməyə təqdim olunmasını təmin etməlidir. Belə ki, barəsində icraat aparılan şəxsin dərhal baxılmalı olan iş üzrə iştirakının məhkəmə tərəfindən təmin edilməsi praktiki baxımdan mümkün deyildir. İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 327.1-ci, 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılsın. Hakim Teymur Qurbanov İş № 3(5-96)-306/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 29 yanvar 2026-cı ildə Bakı şəhərində Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 327.1, 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş İXP seriyalı, ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına geri qaytarılması barədə qərardad qəbul etdi. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-306/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-306/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver