Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-307/2026 02.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 30928431 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928429 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928439 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29420891 nömrəli, xx.xx.2025-ci il tarixli, 29460113 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 31285653 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X4 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 30928431 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928429 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928439 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29420891 nömrəli, xx.xx.2025-ci il tarixli, 29460113 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 31285653 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərarlar xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, tarixlərində qəbul edilmiş, həmin qərarlardan şikayət isə Qaradağ Rayon Məhkəməsinə xx.xx.2026-cı il tarixdə daxil olmuşdur. Göründüyü kimi sonucu inzibati tənbeh vermə haqqında qərarın qəbul olunmasından 3 ay 17 gün keçmişdir. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 20 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət təqdim olunmamış və qanunvericiliklə qərardan şikayət vermə müddəti üçün nəzərədə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri ilə bağlı məlumat verilməmişdir. X1 inzibati tənbeh vermə haqqında 6 qərarın ləğv edilməsi ilə bağlı bir şikayət ərizəsi ünvanlamışdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericlikdə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət vermək hüququ nzərədə tutulmuşdur və bu hüquq hər bir inzibati tənbeh vermə haqqında qərara münasibətdə fərdi qaydada həyata keçirilməlidir. Bununla yanaşı bir neçə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı bir şikayətin verilməsi işin hərtərəfli, obyektiv və tam araşdırılmasına mane olan hal hesab olunduğundan şikayətin geri qaytarılması əsası kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin (İXM-nin) 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin (İXM-nin) 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş xx.xx.2025ci il tarixli EQ 30928431 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928429 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928439 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29420891 nömrəli, xx.xx.2025-ci il tarixli, 29460113 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 31285653 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək və hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrılıqda şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 30928431 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928429 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928439 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29420891 nömrəli, xx.xx.2025-ci il tarixli, 29460113 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 31285653 nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 30928431 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928429 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 30928439 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29420891 nömrəli, xx.xx.2025-ci il tarixli, 29460113 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 31285653 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək və hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrılıqda şikayət vermək hüququ şikayətçi X3 izah edilsin. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-307/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-307/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver