Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-313/2026 29.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunu katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu, Qobu qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, (xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-327/2020 saylı, 05 iyun 2020-ci il tarixli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-304/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və icra sənədi üzrə 10386 manat borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirmişdir ki, səxs barəsində iki icra sənədi mövcuddur. Borclu Şəxs bu günə kimi axtarışda olmuşdur. Borclu ödənişləri bu günə qədər ödəməməsininin səbəbini axtarışda olduğundan işləyə bilməməsi ilə əlaqələndirmişdir. Şəxs sonuncu dəfə xx.xx.2021-ci ildə ödəniş etmişdir. Şəxs digər tarixlərdə ödəniş etdiyini bildirsə də bununla bağlı çekləri təqdim etməmişdir. 2020-ci ildə 15 gün müddətinə həbs olunmuşdur. Borclu Şəxs yük avtomobili ilə beynəlxalq yük daşımalarını həyata keçirir və ölkədən çıxışına qadağa qoyulduğundan işləyib borcu ödəyə bilmədiyini demişdir. Borclunun işlədiyi müəssisənin rəhəbəri bildirmişdir ki, Şəxs ölkədən çıxışına qoyulan məhdudiyyət götürülərsə hər ay 500-600 manat borc maaşından tutula bilər. Borclu Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılması məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, Qobu qəsəbəsində nömrəsiz fərdi evdə yaşayır, yaşadığı evin yerləşdiyi küçəni bilmir. Bildirişləri əldə etməmişdir. 2021-ci ildən indiyədək təxminən 2000 manat ödəniş etmişdir. Hər ay ödəniş etməsə də pulu olduqca aliment üzrə ödəniş etmişdir. Tələbkarın məqsədinin onu həbs etdirməkdir. O, beynəlxalq yükdaşımaları həyata keçirən şirkətdə sürücü işləyir. Ölkədən çıxışına qadağa qoyulduğu üçün işləyib borcu ödəyə bilmir. Ödəniş etməsinə dair çeklər evdədir, yas mərasimi ilə əlaqədar olaraq gətirə bilməmişdir, evdə çeklərin şəkillərinin kimsə tərəfindən atılması da mümkün deyildir. Xəstəliyinə görə ancaq sürücü işləyə bilir. Ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X3 ilə onun ***-***-**-** nömrəsinə mobil telefonla zəng edilib əlaqə saxlanılan zaman bildirmişdir ki, Şəxs sonucu ödənişi 2-3 il bundan əvvəl etmişdir. Şəxs 2021-ci ildən cəmi 200 manat ödəniş edib. Qeyd olunanlara əsasən, borclu Şəxs şikayətçidir və onun borclu ilə razılığa gəlməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən, Şəxs müvafiq olaraq məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, yaranmış aliment borcunun məbləğini nəzərə alaraq onun barəsində inzibati həbsin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 29 yanvar 2026-cı il tarixdən, saat 18:00-dan hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın icrası Qaradağ RPİ-yə və Qaradağ Rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-313/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-313/2026
29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver