Məhkəmə qərarları › İş №3(5-96)-314/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-314/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-314/2026 13.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında olan Şəxs MMC-nin (VÖEN: **********, AZ1080) barəsində İXM-nin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 15 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında olan Şəxs MMC-yə xx.xx.2025-ci il tarixli 3-17-5/2-98466/2025 nömrəli məktubda qeyd olunan sənədlər 7 iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Məktubların xx.xx.2025-ci il tarixdə çatdırılmasına baxmayaraq tələb olunan sənədlər halhazırki tarixədək təqdim edilməmişdir. Buna görə də Şəxs MMC-nin barəsində İXM-nin 539.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, X1 müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti tərəfindən Şəxs MMC-dən zəruri sənədlərin 7 iş günü müddətinə göndərilməsi tələb olunmuşdur. 24 dekabr 2025-ci il tarixində bununla bağlı bildiriş həm elektron kabinet, həm də poçt vasitəsilə göndərilmişdir, lakin Şəxs MMC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə heç bir məlumat bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X7 əlavə olaraq bildirmişdir ki, Şəxs MMC tərəfindən əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə hansı əsasla xitam veriləcəyi və vətəndaşın müraciətinə verilmiş cavablarla bağlı məlumatların verilməsi tələb edilmişdir. Lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Şəxs MMC tərəfindən məlumat verilməmişdir. Şəxs MMC-nin fəaliyyətini dayandırması ilə bağlı hər hansı bir məlumat yoxdur, fəaliyyətini dayandırması inzibati məsuliyyətə cəlb edilməsinə əsas deyildir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları nəzərdən keçirib hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində cərimə edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “www.azems.az” saytında göndərişin izlənilməsinin çıxarışlarından (SS979284385AZ və SS979284399AZ üçün axtarışın nəticələri) görünür ki, X6 Xidmətinin Bakı şəhər İdarəsinin məktubları xx.xx.2025-ci il tarixdə (SS979284385AZ və SS979284399AZ üçün axtarışın nəticələri) həmin idarədən (Bakı: AZ1114) çıxmış, xx.xx.2025-ci il tarixdə Şəxs MMC-yə (Bakı: AZ1080) çatdırılmışdır. Lakin Şəxs MMC tərəfindən zəruri sənədlər 7 iş günü müddətində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməmişdir. Həmin çıxarışların məhkəmə tərəfindən yoxlanılaraq həqiqiliyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 152.5 və 482.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında olan Şəxs MMC-nin (VÖEN: **********, AZ1080) 15 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar