Məhkəmə qərarları › İş №3(5-96)-317/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-317/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-317/2026 29.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci Polis Şöbəsinin sahə inspektoru, polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs narkotik maddə qəbul etməsi və həyat yoldaşını döyməsi barədə xx.xx.2026-cı il tarixdə şəxsiyyətini gizli saxlayan şəxs tərəfindən DİN-in 102 xidmətinə daxil olmuş müraciət əsasında o, xx.xx.2026-cı il tarixdə saat 00:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsi 38-ci polis şöbəsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan MET(+), MOP (+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ Rayon Polis İdarəsi 38-ci polis şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə MN serialı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 38-ci polis şöbəsinin sahə inspektoru X2 bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 16:00-da ünvan 2 ünvanında narkotik vasitədən istifadə etmiş və xx.xx.2026-cı il tarixdə saat 00:30-da polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsi 38-ci polis şöbəsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan MET(+), MOP (+) qəbul etməsi müəyyən edilmişdir. İnzibati protokolu müdafiə edərək Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ailə üzvlərinin şikayəti əsasında bölməyə çağırılmışdır. Müayinə zamanı narkotik vasitə qəbul etdiyi müəyən edilmişdir. Uun müddətdir narkotik vasitədən istifadə edir. Himayəsində 4 uşağı var. Sonda o, əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ambulator məcburi-narkoloji tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyindən narkotik vasitə MET(+), MOP (+) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzindən alınmış xx.xx.2026-cı il tarixli, 682 saylı rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata görə xx.xx.2026-cı il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrilə düzgün tövsif edilmişdir və ona həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə, inzibati xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin orta həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla 20 gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 00:30-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar