Məhkəmə qərarları › İş №3(5-96)-321/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-321/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-321/2026 30.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Qaradağ Rayon Polis İdarəsi 11-ci polis şöbəsinin sahə inspektoru, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" QSC-də fəhlə işləyən, Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanda qeydiyyatda olan, Qobustan qəsəbəsinin 61-ci kilometrliyində yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nın polis sahə inspektoru, polis mayoru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə 30 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs saxlanılmamışdan 2-3 gün öncə Qobustan qəsəbəsində evinin yaxınlığında qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nın polis sahə inspektoru, polis mayoru X8 bildirmişdir ki, Şəxs barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokolu müdafiə edir. Qaradağ RPİ PPXB-nin əməkdaşları 29 yanvar 2026-cı il tarixdə saat 23:10 radələrində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Dzerjinski küçəsində xidmətdə olduqları zaman Şəxs saxlamış, sonuncu 11-ci polis şöbəsinə dəvət edilmiş, tibbi müayinədən keçmiş və verdiyi sidik nümunəsi testinin nəticəsi pozitiv (THC(+)) çıxmışdır. Yoxlamanın nəticəsi barədə akt tərtib olunmuşdur. Bundan sonra aparılan araşdırma zamanı Şəxs saxlanılmamışdan 2-3 gün öncə Qobustan qəsəbəsində evinin yaxınlığında qanunsuz olaraq narkotik vasitə istifadə etdiyini bildirmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nın təhqiqatçısı, polis kapitanı X2 30 yanvar 2026-cı il tarixli qərara əsasən Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 206cı maddəsinin tərkib əlamətləri olduğundan inzibati icraat açılmışdır. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərmişdir. Şəxs öz izahatında da narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Odur ki, Şəxs barəsində «inzibati həbs» növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yuxarıda göstərilən ünvanda yaşayır. Narkotik vasitə olan marixuananı saxlanılmamışdan 2-3 gün əvvəl yaşadığı evin yaxınlığında istifadə etmişdir. Özünün ağrıları yoxdur, sağlamdır, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» X9 Ambulator X1 verilmiş «narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında» xx.xx.2026-cı il tarixli 733 nömrəli rəydən görünür ki, Şəxs sidiyində THC (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkazi» X9 Ambulator X3 ekspert komissiyasının xx.xx.2026-cı il tarixli, 733 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 29 yanvar 2026-cı il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati xata haqqında iş üzrə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xataya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Şəxs inzibati xətanı ilk dəfə törətdiyini, əməlindən səmimi peşmançılığını, himayəsində 6 azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Bu səbəbdən, məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilərkən, maddənin sanksiyasında nəzərdə tutulan minimum həddi əsas götürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsine əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli 29 dekabr 2025-ci il tarixdan saat 23:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs saxlanılması üçün Daxili İşlar Nazirliyina bilavasite tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar