Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-322/2026 30.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Qaradağ Rayon Polis İdarəsi 11-ci polis şöbəsinin sahə inspektoru, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “X15” QSC-də operator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Torağay yolu şossesində yerləşən fərdi nömrəsiz evdə kirayədə qalan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nın polis sahə inspektoru, polis mayoru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə 30 yanvar 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs təxminən 2-3 gün bundan öncə Qobustan qəsəbəsində evinin yaxınlığında qanunsuz olaraq narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nın polis sahə inspektoru, polis mayoru X10 bildirmişdir ki, Şəxs barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, 29 yanvar 2026-cı il tarixdə saat 23:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Djerzinsk küçəsində xidmətdə olduqları zaman “Hyundai Elantra” markalı, **- UC-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yanında 3 nəfər şəxsin olduğunu gördüklərini, onlara yaxınlaşan zaman bir nəfər şəxsin qaçmağa cəhd etməsini, lakin hər 3 nəfər şəxsi saxladıqlarını, onları narkotik vasitənin təsiri altında şübhəsi yarandığı üçün həmin şəxslər polis şöbəsinə dəvət edilmişdir. Qeyd olunmuş şəxslərdən biri xx xxxxxx 1994-cü il təvəllüdlü Qax rayonunda doğulmuş Şəxs olmuşdur. Araşdırma zamanı Şəxs narkotik vasitələrdən istifadə edib etməməsini müəyyən etmək məqsədi ilə sonuncu tibbi müayinədən keçirilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 30 yanvar 2026-cı il tarixli Ambulator Məcburi-Narkoloji yoxlamanın keçirilməsi haqqında 299 nömrəli aktdan görünür ki, Şəxs sidik testində THC(+) müsbət aşkar edilmişdir. Həmçinin aparılan araşdırma zamanı, Şəxs narkomaniya asılılığının olub-olmaması müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyyə Nazirliyinin Respublikası Narkoloji X12 X8 X4 30 yanvar 2026-ci il tarixli 732 №li rəyində, Şəxs Kannabinoidlərdən istifadə etmə hallarının olması aşkar edilmiş, lakin müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nın təhqiqatçısı, polis kapitanı X2 30 yanvar 2026-cı il tarixli qərara əsasən Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan inzibati icraat açılmışdır. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Şəxs öz izahatında da narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Odur ki, Şəxs barəsində inzibati qaydada tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, yuxarıda göstərilən ünvanda yaşayır. Bir məclisdə içki içmiş, narkotik vasitədən istifadə etmişdir. Əməlindən səmimi peşmandır. “X15” QSC-də operator vəzifəsində işlədiyini, bir daha belə hallara yol verməyəciyini bildirərək, məhkəmədən barəsində inzibati həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» X13 Ambulator X1 verilmiş «narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında» xx.xx.2026-cı il tarixli 299 nömrəli rəydən görünür ki, Şəxs sidiyində THC (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkazi» X13 Ambulator X3 ekspert komissiyasının xx.xx.2026-cı il tarixli, 732 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 29 yanvar 2026-cı il tarixdə saat 23:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokol, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xataya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə almışdır. Beləliklə, inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və onun tərəfindən törədilmiş inzibati xətanın xarakteri nəzərə alınaraq Şəxs həmin əməlin törədilməsində təqsirli hesab edilməklə, onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci, 357-ci, 360-cı, 362-365-ci, 425-432-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №3(5-96)-322/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-322/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver