Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-338/2026 02.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə inspektoru, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru, polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 02 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs 01 fevral 2026-cı il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində saat 22:00 radələrində şübhəli şəxs qismində polis şöbəsinə dəvət olunmuş, sonradan yoxlama zamanı narkotik vasitə istifadə etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə inspektoru, polis kapitanı X5 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs göstərilən tarixdə Rauf, Elman və Rəfi adlı polis əməkdaşları tərəfindən 10-cu Polis Şöbəsinə şübhəli şəxs qismində gətirilmişdir. Daha sonra Şəxs narkotik vasitə istifadə etdiyi müəyyən edilmişdir. Şəxs izahatı o, almışdır. Şəxs 01 fevral tarixində saat 23:10-da tutulmuş və azad edilməmişdir. Barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən protokol tərtib edilmişdir. Tərtib olunan protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, tanışı olan qadınla görüşmək məqsədilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində YDM yaxınlığında olarkən orada olan bir nəfərə alışqan almaq üçün yaxınlaşmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşmışdırlar. Polis əməkdaşları burada nə etdiyini soruşduqda o, Əfsanə adlı şəxsin yanına qonaq gəldiyini bildirmişdir. Kənarda dayanan şəxs burada narkomanlar olduğunu, onun da onlardan biri olduğunu bildirmiş, qadın haqqında nalayiq ifadələr işlətmişdir. O, polis əməkdaşlarına özünün cəzaçəkmə müəssisəsindən 14 gün əvvəl çıxdığını bildirdikdən onun sonra üst-başını yoxlamış, hər hansı problem yaranmamışdır. Polis əməkdaşları onu şübhəli şəxs qismində şöbəyə getməli olduğunu demiş, o, isə razılaşaraq müqavimət göstərməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkmişdir. Cəzasının 1 il 3 ay 15 gününü çəkdikdən sonra 14 yanvar 2026-cı il tarixində amnistiya aktına əsasən azadlığa çıxmışdır. Cəzaçəkmə Müəssisəsindən çıxdığı gün dost-tanışla olarkən üzdən tanıdığı adamdan əldə etdiyi narkotik maddəni 6-7 nəfərlə birlikdə istifadə etmişdir. Şəxs əlavə olaraq bildirmişdir ki, cəzaçəkmə müəssisəsindən 14 yanvar yanvar 2026-cı il tarixdə çıxmış, narkotik vasitəni 15 yanvar 2026-cı il tarixdə istifadə etmişdir. Binəqədidə yerləşən “Qədir Xum” adlı çay evində 6-7 nəfər dostu ilə yığıncaqda olarkən 2- 3 tüstü narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni üzdən tanıdığı olan şəxsdən əldə etmişdir. Özü ibadətlə məşğul olur. Cəzaçəkmə Müəssisəsindən çıxdıqdan sonra metamfetamin istifadə etməmiş, keçmişdə istifadə etmişdir. Müayinə zamanı həkim ona tibbi müayinə aktında metanfetaminin qeyd olunmasının səbəbinin onun istifadə etdiyi narkotik vasitənin kimyəvi tərkibi ilə əlaqədar olduğunu demişdir. 2026-cı ilin yanvar ayının 15-dən bu tərəfə narkotik vasitə istifadə etməmiş, evdən kənara çıxmamışdır.Tutularkən yanında başqa adam olmamışdır. 3-cü qrup əlildir. Veteran statusu yoxdur. Əməlindən peşmandır, cavan olduğundan belə səhv etmişdir, bu cür əməllərdən uzaq olacağına söz verir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 verilmiş “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2026-cı il tarixli 326 nömrəli aktından görünür ki, Şəxs sidiyində THC (+) və MET (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X2 ekspert komissiyasının xx.xx.2026-cı il tarixli 787 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 nömrəli “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Şəxs İİİ dərəcəli müdddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhəri NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 23:30-da tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokol, tibbi müayinə aktı, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli 01 fevral 2026-cı il tarixdən saat 23:10-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-338/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-338/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver