Məhkəmə qərarları › İş №3(5-96)-341/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-341/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-341/2026 03.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla deməsinə görə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində məskunlaşmış Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4950/2014 nömrəli, 24 iyul 2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürlü səbəb olmadan yerinə yetirmədiyinə və hal-hazırda 7113 manat ödənilməmiş aliment borcu olduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyul 2014-cü il tarixli 2(004)-4950/2014 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2014-cü il tarixdən başlayaraq X2 xeyrinə xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 103 /bir yüz üç/ manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Borclu yaranmış yeddi min səkkiz yüz manat aliment borcundan 01 sentyabr 2016-cı il tarixədək ödəniş etmiş, 2021-ci ildə 200 manat ödəniş etmiş və icra məmurunun çağırışlarına da məhəl qoymayaraq icra şöbəsinə gəlməkdən imtina etmiş, buna görə də barəsində axtarış elan edildiyini və bu gün yəni 03 fevral 2026cı il tarixdə Qaradağ rayon Polis idarəsinin 10-cu PŞ-nin əməkdaşları tərəfindən icra şöbəsinə gətirildiyini bildirmişdir. İcra şöbəsində borclu öz izahatında yaranmış aliment borcundan xəbəri olduğunu, maddi imkansızlıq səbəbi ilə ödəniş edə bilmədiyini, ayda 150 manat ödəniş edə biləcəyini bildirmişdir. O öz izahatında daha sonra tələbkar X4 ilə əlaqə saxladığını, tələbkar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaranmış aliment borcunun ödənilməsini əgər ödəmirsə borclu barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Odur ki, borclu barəsində tərtib etdiyi protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında yaranmış aliment borcundan xəbəri olduğunu və hissəhissə olmaqla aliment borcundan ödənişlər etdiyini, hər ay 150- 200 manat olmaqla mütəmadi ödənişlər edəcəyini bildirmişdir. O öz izahatında daha sonra aliment ödənişi ilə bağlı məhkəmədən ona vaxt verilməsini və barəsində inzibati qaydada tədbir görülməməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 03 fevral 2026-cı il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymamış və yayınmışdır. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları, borclu tərəfindən heç bir ödənişin edilməməsini, ödənilməmiş aliment borcunun 7113 manat təşkil etməsini və qeyd olunan icra işi ilə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 03 fevral 2026-cı il tarixdən saat 17:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar