Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-344/2026 04.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1986-cı ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, Nəcəfquluzadə küçəsidə yerləşən fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Bakı şəhər Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 11-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 03 fevral 2026-cı ildə saat 03:00 radələrində polis əməkdaşı xidmət aparan zaman bir nəfər şəxsin küçədə hərəkət etdiyini müşahidə etmişdir.. Ona yaxınlaşıb özünü təqdim etdikdən sonra suallar verdikdə, istifadə etdiyi ifadələrin həyəcanlı formada olduğundan o, vətəndaşın narkotik vasitə təsiri altında olmasından şübhələnmişdir. Həmin şəxsi 11-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. Müayinə zamanı onda həqiqətən də, narkotik vasitələrdən istifadə etməsi müəyyən edilmiş, eləcə də narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla narkomaniya xəstəliyi aşkar olunmuşdur. O izahatında daha sonra bildirmişdir ki İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinən Şəxs 03 fevral 2026-cı il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuş və 04 fevral 2026-cı il tarixdə məhkəməyə gətirilmişdir. Bundan sonra bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 04 fevral 2026-cı il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, təxminən beş gün əvvəl qonaqlıqda olarkən narkotik vasitənin marixuana növündən istifadə etmişdir. Törətdiyi əməldən peşiman olduğunu, evdə ailəsinin, yaşlı valideynlərinin olduğunu bildirərək məhkəmədən nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X1 03 fevral 2026-cı il tarixli, 831 nömrəli rəyindən aydın olur ki, Şəxs Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 03 fevral 2026-cı il tarixli protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 03 fevral 2026-cı il tarixdə saat 03:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 03 fevral 2026-cı il tarixdən saat 03:00-dan hesablansın. 3.Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PŞ-ya həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-344/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-344/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver