Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-345/2026 04.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan rayonu, Xıdırlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ( FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-414/2017 saylı, 17 mart 2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və icra sənədi üzrə 5984 manat borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı,xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-414/2017 saylı, 17 mart 2017-ci il tarixli qərarı ilə 25 yanvar 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək sonuncunun saxlanılması üçün hər ay 136 manat Şəxs tutularaq X3 ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2017-ci il tarixdə iş icraatına daxil olmuş və tərəflərə müvafiq bildiriş göndərilmişdir. Borclu Şəxs bildirişi qəbul etmiş və icra şöbəsinə gəlib izahat yazaraq borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra icra şöbəsinə gəlməkdən və borcu ödəməkdən yayındığından 2018 və 2019-cu illərdə axtarışa verilmiş, barəsində protokol tərtib olunmaması üçün həmin tarixə olan borcu ödəmişdir. Bundan sonra yenidən borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş bu səbəbdən barəsində yenidən axtarış elan olunmuşdur. 17 may 2022-ci il tarixə ödənilməmiş borcu 1496 manat təşkil etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib olunmuşdur. Qaradağ Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qərarı ilə X1 ərizəsinə əsasən Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Bundan sonra yaranmış borcun ödənilməsi ilə bağlı əlaqə saxlanılmış və şöbəyə dəvət olunmuşdur. Borclu heç bir üzrlü səbəb göstərmədən şöbəyə gəlməkdən yayınmışdır. Bu səbəbdən barəsində axtarış qərarı qəbul olunmuşdur. Qaradağ Rayon Polis İdarəsində Şəxs barəsində axtarış işi açılmışdır. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şöbəyə gətirilməsi təmin olunsa da, icra şöbəsində borcu ödəmək üçün telefonla danışmalı olduğunu bildirmiş və telefonla əlaqə saxlayarkən şöbədən qaçmışdır. Bundan sonra isə şöbədən qaçması ilə bağlı heç bir üzlü səbəb göstərməmişdir. 2022-ci ildən sonra heç bir ödəniş etməmiş, hazırki tarixə 5984 manat borcu yaransa da ödəniş etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bununla da əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yaranmışdır. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən İcra şöbəsinə gətirilmiş, qaçma ehtimalı olduğu üçün mühafizəsi gücləndirilmişdir. İzahatı alınan zaman xəstə olması səbəbindən alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Tələbkar İcra şöbəsinə dəvət olunmuşdur. X6 borclu tərəfindən son 4 ildə heç bir ödəniş edilmədiyini bildirmiş və protokol tərtib olunması tələb etmişdir. Bu səbəbdən Şəxs barəsində protokol tərtib olunaraq Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Orxan Göyüşlü əlavə olaraq bildirmişdir ki, Şəxs barəsində 2 dəfə axtarış elan olunmuş və şöbəyə gətirilərkən protokol tərtib olunmaması üçün yaranmış borcu ödəmişdir. Bununla yanaşı ölkədən getməsinə məhdudiyyət qoyulmuş, borcu ödədikdən sonra həmin məhdudiyyət götürülmüşdür. Bundan sonra borclu Şəxs aliment borcunu ödəməkdən yayındığı üçün yenidən ölkədən çıxışı məhdudlaşdırılmışdır. Borclu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə, "xxxx" ASC-yə və digər orqanlara sorğular göndərilmişdir. Şəxs qeyri-rəsmi usta fəaliyyəti ilə məşğul olduğunu etiraf etmişdir. 4 il qərəzli şəkildə borcun ödənilməsindən yayınmasını nəzərə alaraq barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, o, əməliyyat olduğu üçün işləyə bilməmiş və bu səbəbdən aliment borcunu ödəməmişdir. 2 dəfə infarkt (ürək tutması) keçirmişdir. Keçən il əməliyyat olunmuşdur. 2022-ci ildən alimet borcunu ödəmədiyini təsdiq etmiş, xəstə olduğu üçün çağırışa gəlmədiyini bildirmiş və şöbədən qaçmasını təsdiqləmişdir. Sonuncu dəfə 2022-ci ildə 1400 manat ödəniş etmişdir. Daha öncə ev təmiri ilə məşğul olaraq gəlir əldə etdiyini, halhazırda isə xəstə olduğu üçün işləyə bilmədiyini qeyd etmişdir. Atası vəfat etdiyindən atasının adına olan Ələt qəsəbəsində yerləşən evi satıb borcu ödəyə biləcəyini, evin artıq satışa çıxarıldığını bildirmişdir. Xəstəliyinin nəzərə alınaraq daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 bildirmişdir ki, Şəxs dedikləri yalandır. Şəxs alimenti ödəməyə imkanı çatır. Sadəcə xəstəliyi bəhanə edərək borcu ödəməkdən yayınır. Şəxs ürəyindən anju olunduqdan 1 ay sonra sağalıb işləmək qabiliyyətində olmuşdur. Şəxs polis əməkdaşları tərəfindən şöbəyə gətirildikdə borcu ödəsə də daha sonra alimenti ödəməkdən yayınmışdır. Növbəti dəfə Şəxs barəsində prtokol tərtib olunduqda həmin şəxs məhkəmə iclası zamanı atasının yas mərasimi ilə əlaqədər ondan möhlət istəmiş və axşam saatlarında borcu ödəyəcəyinə söz vermişdir. Bununla da onu aldatmış və borcu ödəməmişdir. Daha əvvəl ödənilməmiş aliment məbləği çox olduğu üçün borcun silinməsinə razılıq versə də Şəxs aliment ödəməmişdir. Onun Şəxs ilə razılığa gəlmələrinin mümkün olmadığını və borclu tərəfindən alimentin ödənilməsini istədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi onun, tələbkarın izahatları, icra məmrunun təqdim etdiyi sübutlar və işdə olan digər sənədlər ilə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, yaranmış borcunun məbləğini və xəstəliyini nəzərə alaraq onun barəsində inzibati həbsin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 04 fevral 2026-cı il tarixdən, saat 16:50-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın icrası Qaradağ RPİ-yə və Qaradağ Rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-345/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-345/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver