Məhkəmə qərarları › İş №3(5-96)-347/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-347/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-347/2026 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs xx.xx.2026-cı il tarixdə narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün Qaradağ rayon, Lökbatan qəsəbəsində, 28 May küçəsində polis əməkdaşları tərəfindən saat 01:10-da saxlanılaraq Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan MET(+), MOP(+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı RPİ-nin 10-cu Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X1 Adil Nadir barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə inspektoru, polis leytenantı X4 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə xidmətdə olduğu zaman Qaradağ rayon, Lökbatan qəsəbəsində, 28 May küçəsində bir nəfərin özünü şübhəli apardığını müşahidə etmiş, şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onu suallar vermişlər. Şəxs suallara qeyri-səmimi cavab verdiyindən və vizual olaraq sərxoşluğundan şübhə edildiyindən saat 01:10-da saxlanılaraq Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan MET(+), MOP(+) qəbul etməsi müəyyən edilmişdir. İnzibati protokolu müdafiə edərək Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, təxminən 1 ay öncə narkotik tərkibli tabletka qəbul etmişdir. Həmin tabletkanı tanışından əldə etmişdir. xx.xx.2026-cı il tarixdə saat 01:00 radələrində KTV-nin arxası, on minlik deyilən ərazidə olarkən polis əməkdaşları polis əməkdaşları ona yaxınlaşmış, sorğu-sual etmiş və onu polis şöbəsinə gətirmişlər. Sonda o, əməlindən peşman olduğunu bildirmiş və ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli ambulator məcburi-narkoloji tibbi müayinəsi aktından görünür ki, Şəxs sidiyindən narkotik vasitə MET(+), MOP (+) aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzindən alınmış xx.xx.2026-cı il tarixli, 872 saylı rəydən görünür ki, Şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə düzgün tövsif edilmişdir və ona həmin maddələrdə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə, inzibati xətanın xarakterini, törədilmə şəraitini, nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbehin orta həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla 15 gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 01:10-dan hesablansın. Şəxs ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınsın Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar