Məhkəmə qərarları › İş №3(5-96)-348/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-348/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-348/2026 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında material baxılması üçün Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs qanunsuz olaraq psixotrop maddənin istehlakı ilə məşğul olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru X4 öz izahatında bildirmişdir, xx.xx.2026-cı il tarixdə saat 03:00-da Lökbatan qəsəbəsi, 2-ci massivdə Şəxs narkotik vasitə istifadəsində şübhəli şəxs kimi saxlanılmış, narkoloji mərkəzin aktına və rəyinə əsasən narkotik vasitə istifadəçisi olduğu məlum olmuş, beləliklə barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə məhkum olunması hallarını nəzərə alaraq barəsində həbs tənbehi tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, təxminən 15 gün əvvəl yaşadığı Biləsuvar rayonunda metamfetamin istifadə etmişdir. İzahatında psixotrop maddədən Lökbatan qəsəbəsində istifadə etməsi barədə qeyd olunanlarla bağlı bildirmişdir ki, izahatını polis şöbəsində yazarkən əslində polis əməkdaşları tərəfindən Lökbatan qəsəbəsi ərazisində saxlanılmasını qeyd etmək istəmişdir. Əməlindən peşman olduğunu, himayəsində üç azyaşlı övladlarının olduğunu, onlara aliment ödədiyini bildirərək, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncəyə, psixi və ya fiziki təzyiqə məruz qalmamış, əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatından onun psixotrop maddəsən yaşadığı Biləsuvar rayonunda istifadə etməsi müəyyən olunmuş, bu səbəbdən hazırkı işin ərazi aidiyyəti üzrə göndərilməsi məqsədəmüvafiqdir.. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin material mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Biləsuvar rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsində Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 04 fevral 2026-cı il tarixli, 365 nömrəli Aktına əsasən ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində MOP (+), MET (+) aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik-Hüquqi şəxsi Ambulator X1 ekspertizasının xx.xx.2026-cı il tarixli, 871 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs Opioidlərin, Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materialında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə tutulmuşdur. Belə ki, AZEMİS elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan görünür ki, İbrahimov X3 rayonu, Zəhmətabad ərazi dairəsi, Zəhmətabad kəndində qeydiyyatda olmaqla yaşayır. Eləcə də nəzərə alınmalıdır ki, İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi uzanan inzibati xəta kimi qiymətləndirilsə də, onların istehlakı uzanan inzibati xəta kimi qiymətləndirilə bilməz. Həmçinin Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs Qaradağ rayonu ərazisində yaşadığını və onun psixotrop maddəsən məhz Qaradağ rayonu ərazisində istifadə etməsini təsdiqləyən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, hazırkı materiala xətanın aşkar edildiyi yer üzrə deyil, məhz inzibati xətanın törədildiyi yer üzrə baxılmalıdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraat materialı baxılması üçün inzibati xətanın törədildiyi yer üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəlləsinin 112.4-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş MN ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta üzrə protokol və ona əlavə edilmiş sənədlər ərazi aidiyyəti üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar