Məhkəmə qərarları › İş №3(5-96)-349/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-349/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-349/2026 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan ( FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 05 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 04:00 radələrində Əliyev X1 qəsəbəsində narkotik vasitənin təsiri altında şübhəli kimi saxlanılmış, narkoloji dispanserin akt və rəyinə əsasən narkotik vasitə istifadəçisi olduğu məlum olmuşdur. Şəxs narkotik vasitəni 20 gün əvvəl Lökbatan qəsəbəsində istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə inspektoru, polis leytenantı X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2026-ci il tarixdə saat 03:30-04:00 radələrində çevik polis əməkdaşları tərəfin narkotik vasitə istifadəçisi şübhəsi ilə saxlanılmışdır. Növbəti gün müayinə rəyinə əsasən narkotik vasitə istifadəçisi olduğu aşkar edilmişdir. Müayinə aktında və rəydə qeyd edilən metamfetamin və morfin istifadə etmişdir. İnzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, 20 gün bundan öncə Lökbatan qəsəbəsi ərazisində “Kakos” deyilən maddəni istifadə etmişdir. Daha öncə eyni narkotik vasitə və psixotrop maddəni, metamfetamini və morfini istifadə etsə də, mütəmadi olaraq qəbul etməmişdir. Narkotik vasitəni və psixotrop maddəni əldə etdiyi şəxsi tanımadığını, əlilliyi olsa da pensiya almadığını bildirmişdir. Barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X6 tərəfindən verilmiş “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2026-cı il tarixli 364 nömrəli aktından görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MOP(+), MET (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının xx.xx.2026-cı il tarixli, 870 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 04:00-da tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokol, müayinə aktı, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 04 fevral 2026-cı il tarixdən, saat 04:00-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar