Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-365/2026 05.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X6, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2007-ci il tarixdə Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qobustan rayonu, Sədəf kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan ( FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə 05 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 30 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 20 yanvar 2026-cı il tarixdə, saat 16:00 radələrində Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi 1 saylı yataqxananın qarşısında masanın üzərindəki Honor X7B markalı mobil telefonu oğurlamışdır. Qaradağ RPİ-nin 38-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X9 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X2 “Honor X7B” markalı mobil telefonunu oğurlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində protokol tərtib edilmiş, profilaktik söhbətlər aparılmışdır. İnzibati xəta 20 yanvar 2026-cı il tarixində törədilmişdir, “Honor X7B” markalı telefon Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 1 saylı yataqxana ərazisində yerləşən yarımtikilidən götürülmüşdür. “Honor X7B” markalı mobil telefonun hal-hazırda qiyməti 250-350 manat təşkil edir. Şəxs mobil telefonu gizli yolla talamış, Şəxs zərərçəkmiş şəxs Şəmsəddin Bayramova qarşı hər hansı zor tətbiq etməmişdir. Şəxs əvvəllər belə əməllərə yol verməmişdir. Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Bərbərə getmiş, mobil telefonu həmin vaxt götürmüşdür, əməlindən peşmandır. Telefonu 20 yanvar 2026-cı il tarixdə, saat 16-17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş. Əsgərov küçəsi, 1 saylı yataqxana ərazisində yerləşən yarımtikilidə götürmüşdür. X3 məxsus “Honor X7B” markalı mobil telefonu oğurlamışdır. X5 ilə hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. İnzibati xətanı gizli yolla törətmiş, zor tətbiq etməmiş, götürüb qaçma halı olmamışdır. Mobil telefonu götürən zaman X2 xəbəri olmamış, bərbərdən çıxanda zərərçəkmiş şəxsin mobil telefonunu gizli yolla götürüb evinə getmişdir. Bərbərdən axırıncı çıxan iki nəfərdən biri olduğu üçün Şəmsəddin Bayramov ondan şübhələnilmişdir. Mobil telefonu X3 qaytarmışdır. X7 ilə barışmışdır, həmin şəxsə dəymiş ziyanı ödəmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 öz izahatında göstərmişdir ki, onun “Honor X7 B” markalı mobil telefonu tapılmışdır, barəsində icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Hadisə 20 yanvar 2026-cı il tarixdə saat 16-17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 1 saylı yataqxana ərazisində baş vermişdir. Yeri təmizləyərkən mobil telefonu çıxarıb stolun üzərinə qoymuşdur. Otaqdan birinci o, çıxmışdır, sonra Şəxs çıxmışdır. Çıxdıqdan sonra mobil telefonunun üzərində olmadığını bilmiş, otağa qayıtdıqda telefonu tapa bilməmiş və Şəxs tərəfindən oğurlandığı ona məlum olmuşdur. Çünki otaqdan axırıncı dəfə Şəxs çıxmışdır. Şəxs telefonu ona qaytarmış, onunla barışmışdır. Hazırda Şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X4 izahatında qanuni nümayəndəsi olduğu X2 izahatını və ərizəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X5 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. “Honor X7 B” markalı mobil telefonun zərərçəkmiş şəxs X3 qaytarılması nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-365/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-365/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver