Məhkəmə qərarları › İş №3(5-96)-399/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-399/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-399/2026 06.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1986-cı ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə 06 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 05 fevral 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, vətəndaş Şəxs 05 fevral 2026-cı tarixdə Binə TM-nin qarşısında yerləşən “Araz” supermarketdən 71 manat dəyərində şirniyyat oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, X5 05 fevral 2026-cı il tarixdə 01:23-də DİN-nin 102-xidmətinə verdiyi, 05 fevral 2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM qarşısında yerləşən Araz Super marketdən naməlum şəxs oğurluq etməsi barədə tərtib edilmiş raport Qaradağ RPİ 10-cu PŞ-nin 1 №-li "Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı"nda xx.xx.2026-ci il tarixdə 418-sayı ilə qeydiyyata alınaraq icraata daxil olmuşdur. ünvan 1 ünvanında yaşayan X4 05 fevral 2026-cı il tarixdə Qaradağ RPİ 10-cu PŞ-nə ərizə və izahat verərək, 05 fevral 2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM qarşısında yerləşən "Araz" Super marketdən Şəxs ümümilikdə 71 manat dəyərində müxtəlif növ şirniyatların oğurlandığını bildirmişdir. Araşdırma zamanı Şəxs 10-cu PŞ-ya dəvət edilərək izahatı olunmuş, sonuncu öz izahatında törətdiyi əməli etiraf etmişdir. Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əaqədar 05 fevral 2026-cı il, saat 02:30-da inzibati qaydada tutulmuşdur. O öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X4 öz izahatında göstərmişdir ki, 05 fevral 2026-cı il tarixdə Qaradağ RPİ 10-cu PŞ-nə ərizə və izahat verərək, 05 fevral 2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM qarşısında yerləşən Araz Super marketdən Şəxs ümümilikdə 71 manat dəyərində müxtəlif növ şirniyatların oğurlanmışdır. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 05 fevral 2026-cı il tarixdə Lökbatan qəsəbəsi, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Binə TM” qarşısında yerləşən “Araz” Super marketdən ümümilikdə 71 manat dəyərində müxtəlif növ şirniyatları oğurlamışdır. Hazırda etdiyi əməldən peşman olmaqla zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəyən maddi ziyanın tam ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X4 ərizə ilə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın tam ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 tərəfindən qəbul edilmiş 05 fevral 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın nəticə hissəsindən aydın olur ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi və hadisəni törətmiş Şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “İnzibati qaydada tutma” haqqında 05 fevral 2026-cı il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 05 fevral 2026-cı il tarixdə saat 02:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar