Məhkəmə qərarları › İş №3(5-96)-426/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-426/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-426/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs digər şəxslərlə birlikdə xx.xx.2026-cı il tarixdə saat 19:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən çayxananın kabinetində qumar (mərc) oynadıqları məlum olmuşdur. Qeyd edilənlərlə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 525ci maddəsi ilə nəzərdə tutulan MN serialı, ******* saylı, 06 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru polis baş leytenantı X2 məhkəmə iclasında bildirmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Ləvəngi” adlı kafedə 50 qəpik uduşdan mərc oynamışdırlar. Həmin fakt X3 əməkdaşları tərəfindən aşkar edilmişdir. Mərc oyunu nəticəsində əldə olunmuş 9 manat 90 qəpik məbləğindəki qazanc iş materiallarına əlavə olunmuşdur. İnzibati xətanın predmeti olmuş 9 manat 90 qəpik məhkəməyə təhvil verilsə də, məhkəmə tərəfindən geri qaytarılmışdır. Daha sonra inzibati xətanın predmeti olmuş 9 manat 90 qəpik məbləğində pul vəsaiti aktlaşdırılaraq dövlət nəfinə ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü tam təqsirli bilərək ilk dəfə qumar oynadığını bildirmişdir. Bir daha belə hallara yol verməyəcəyini bildirmişdir. Qumar oyunu nəticəsində əldə edilmiş qazanc 8-9 manat olmuşdur. Əyləncə məqsədi ilə qumar oynadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: CD diskdəki videogörüntüdən aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai iaşə obyektində masa arxasında əyləşərək “domino” daşlarından istifadə etməklə maddi qazan əldə etmək məqsədi ilə stolüstü oyun oynayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Göründüyü kimi müvafiq maddədə törədilmiş əmələ münasibətdə 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməklə yanaşı, qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirlərin müsadirə olunması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, iş materiallarına əlavə edilmiş diskdəki videogörüntü və digər sənədlərlə tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs qumar oyununda iştirak etmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirıən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 26.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə və inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi növündə inzibati tənbeh tədbirlərinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 9 manat 90 qəpik məbləğindəki pul vəsaiti müsadirə edilməklə, 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar