Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-429/2026 06.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 29 dekabr 2025-ci il tarixdə, yaşadığı ünvanda keçmiş əri X3 döymüşdür. Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə rəisi X5 xx.xx.2026-cı il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı izaha verərəkən bildirmişdir ki, zərərçəkmiş şəxs Qaradağ RPİ-nin 38-ci PŞ-yə müraciət etmiş və həmin müraciət əsasında təhqiqatçı tərəfindən müvafiq araşdırma aparılmışdır. Qaradağ RPİnin 38-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru İldırımov Fariz tərəfindən qəbul edilmiş 23 yanvar 2026-cı il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda törədilmiş əməldə inzibati xəta tərkibi olduğu üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci PŞ-nin aidiyyəti əməkdaşına verilmişdir. Həmin polis şöbəsinin sahə rəisi, polis mayoru X5 tərəfindən müvafiq inzibati araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək qeyd etmişdir ki, zərərçəkmiş şəxsin ərizəsi əsasında tibbi ekspertiza keçirilmiş, ekspertiza rəyində xəsarətlərin mövcud olduğu göstərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, oğlu Əli Hüseynli ilə keçmiş əri X4 arasında mübahisə baş vermişdir. Onlar bi-biri ilə əlbayaxa olmuşlar, onları ayırmağa çalışmışdır. Ehtimal edir ki, zərərçəkmiş şəxsi oğlunun yanından uzaqlaşdırmaq məqsədilə itələməsi nəticəsində ekspert rəyində göstərilən xəsarətlərin yaranmasına səbəb olmuşdur. Baş verənlərdən peşmandır, müdafiəçi ilə təmin olunmaq istəməməsinin səbəbi maddi cəziyyəti ilə bağlı deyildir. Məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq, iş üzrə icraata xittam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında heç bir mübahisə olmadığını, Şəxs mübahisə zamanı onları ayırmağa çalışdığını, ona qarşı heç bir tələbi və şikayətinin olmadığını, sonuncu ilə barışdığını bildirərək, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan xx.xx.2026-cı il tarixli, 1022 nömrəli rəydən görünür ki, M.Ə.Hüseynov barədə məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – başın alın nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir gün əvvələ qədər törənmişdir. xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcə təyin edilməmişdir. Almış olduğu xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən həmin xəsarətlər M.Ə.Hüseynoun yıxılması nəticəsində, eləcə də şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materialında olan 23 yanvar 2026-cı il tarixli cinayət işinin başlanması rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materialında olan xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 dekabr 2025-ci il tarixdə, yaşadığı ünvanda keçmiş əri X3 döymüşdür. Belə ki, zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxs X4 ilə barışmış, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(5-96)-429/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-429/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver