Məhkəmə qərarları › İş №3(5-96)-430/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-430/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-430/2026 06.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Mirzəyeva Furuzə Vəkil qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 18 yanvar 1986-cı il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Biləsuvar rayonu, İsmətli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 29 dekabr 2025-ci il tarixdə birgə yaşadıqları evdə oğlu X4 döymüşdür. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PŞ-nin polis sahə rəisi X3 xx.xx.2026-cı il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla bağlı izahat verərkən zərərçəkmiş şəxsin Qaradağ RPİ-nin 38-ci PŞ-nə müraciəti əsasında təhqiqatçı tərəfindən müvafiq araşdırma aparıldığını, 23 yanvar 2026-cı il tarixli qərarla cinayət işinin başlanmasının rədd edildiyini, inzibati xəta tərkibi olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmiş, X5 ilə barışıq əldə etdiyini bildirmişdir. Müdafiəçi ilə təmin olunmaq istəməməsi maddi vəziyyəti ilə bağlı deyildir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 29 dekabr 2025-ci il tarixdə atası Şəxs tərəfindən yaranmış mübahisə zəminində döyüldüyünü, lakin ona qarşı heç bir tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirərək, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialında olan xx.xx.2025-ci il tarixli, 1022 nömrəli rəydən görünür ki, Şəxs barədə məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət – başın alın nahiyəsinin və sağ gicgah nahiyəsinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir gün əvvələ qədər törənmişdir. xx.xx.2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcə təyin edilməmişdir. Almış olduğu xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən həmin xəsarətlər M.Ə.Hüseynoun yıxılması nəticəsində, eləcə də şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materialında olan 23 yanvar 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda törədilmiş əməldə inzibati xəta tərkibi olduğu üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci PŞ-nin aidiyyəti əməkdaşına verilmişdir. İş materialında olan xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 dekabr 2025-ci il tarixdə birgə yaşadıqları evdə oğlu X4 döymüşdür. Məhkəməyə təqdim olunmuş xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim olunmuş barəsində inzibati iş üzrə icraat aparılan Şəxs xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apelyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar