Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-435/2026 09.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla deməsinə görə Abşeron rayonu, Güzdək qəsəbəsi, Quşçuluq massivi ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs Ağsu rayon Məhkəməsinin 2(016)- 185/2023 nömrəli, 04 may 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürlü səbəb olmadan yerinə yetirmədiyinə və 11100 manat ödənilməmiş aliment borcu olduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək bildirmişdir ki, Ağsu Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli 2(016)-185/2023 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2013-cü ildə anadan olan X6 və xx.xx.2014-cü ildə anadan olan X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməsi qət edilmişdir. Həmin icra vərəqəsi 07 iyul 2023-cü ildə Bakı şəhər Qaradağ rayon icra şöbəsinə daxil olmuş və tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Şəxs 31 avqust 2023-cü il tarixdə Rusiya Federasiyasına getmişdir. Borclu yaranmış on bir min yüz manat aliment borcundan heç bir ödəniş etməmiş və icra məmurunun çağırışlarına da məhəl qoymayaraq icra şöbəsinə gəlməkdən imtina etmiş, buna görə də barəsində axtarış elan edildiyini və bu gün yəni 09 fevral 2026-cı il tarixdə Qaradağ rayon Polis idarəsinin 10-cu PŞ-nin əməkdaşları tərəfindən icra şöbəsinə gətirildiyini bildirmişdir. İcra şöbəsində borclu öz izahatında yaranmış aliment borcundan xəbəri olduğunu, maddi imkansızlıq səbəbi ilə ödəniş edə bilmədiyini, məktəb ləvazimatları üçün 850 manat ödəniş etdiyini bildirmişdir. Lakin ödənişlə bağlı heç bir sübut təqdim etməmişdir. O öz izahatında daha sonra tələbkar X2 ilə əlaqə saxladığını, tələbkar üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş və borclunun heç bir ödəniş etmədiyini, yaranmış aliment borcunun ödənilməsini əgər ödəmirsə borclu barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Odur ki, borclu barəsində tərtib etdiyi protokolun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında yaranmış aliment borcundan xəbəri olduğunu və 850 manat aliment borcundan ödənişlər etdiyini, lakin bunla bağlı sübutunun olmadığını hər ay 300-500 manat olmaqla ödənişlər edəcəyini bildirmişdir. O öz izahatında daha sonra barəsində inzibati qaydada tədbir görülməməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişində tələbkar X2 ilə mobil telefonla əlaqə saxlanmış tələbkar aliment borcunu tam tələb etdiyini, bu baş vermədiyi təqdirdə borclu barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 09 fevral 2026-cı il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun çağırışlarına da məhəl qoymamış və yayınmışdır. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları, borclu tərəfindən heç bir ödənişin edilməməsini, ödənilməmiş aliment borcunun 11100 manat təşkil etməsini və qeyd olunan icra işi ilə bağlı ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, X7 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 09 fevral 2026-cı il tarixdən saat 14:55-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-435/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-435/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver