Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-441/2026 10.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1991-ci ildə İmişli rayonu Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Şubanı-1 hərbi şəhərcik ünvanında qeydiyyatda olan və Abşeron rayonu Digah qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən X6 ödəməli olduğu aliment borcunu tam ödəməmiş və 2389 manat aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan MN serialı, ******* saylı, 10 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X10 məhkəmə iclasında bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-126/24,saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən hər iki uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Şəxs hər ay hər uşağa görə 150 manat olmaqla iki uşağa görə ümumilikdə 300 manat sabit pul məbləğində alimentin alınıb ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2025-ci il tarixində onun icraatına daxil olmuşdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən sözügedən icra sənədi indeksasiya olunaraq ölkə üzrə minimum əmək haqqının bir uşağa görə 0,43 misli həddində aliment kəsilmişdir. Minimum əmək haqqına nisbətdə alimentin hesablanması barədə qərardad çıxarılmışdır. Bu da 2025-2026-cı il minimum əmək haqqına nisbətdə 1 uşağa görə 172 manat, 2 uşağa görə 344 manat aliment məbləği müəyyən olunmuşdur. İcra sənədinə üzrə Şəxs aliment borclarını qismən ödəmiş, X2na ödəməli olduğu aliment borcunu tam ödəməmiş və 2389 manat aliment borcu yaranmışdır. 2025-ci ilin yanvar ayına qədər normal ödənişlər etsə də, 2025-ci ilin yanvarından sonraki müddətdə ödəmələrdə problem yaranmış, qismən ödəniş etmişdir. Şəxs yalnız məcburi icra tədbirlərindən sonra ödəniş etmiş, ödənişlərinin də tam olmama səbəbini öz izahatında uzun müddət işsiz qalması ilə əsaslandırmışdır. Şəxs 2025-ci ilin fevral ayında 100 manat ödəniş etmiş, daha sonra ödəniş etməmişdir. Səbuhi Əhmədli əlavə olaraq bildirmişdir ki, Şəxs 2025-ci ilin sentyabr ayında 300 manat, yanvar ayında 100 manat ödəniş etmiş, axırıncı ödənişi 8 fevral 2026- cı ildə 495 manat ödəniş etmişdir. Şəxs çağırışlara gəlmədiyinə görə axtarışa verilmişdir. Şəxs 2025ci ilin iyul ayında 1000 manat ödəniş etmiş, həmin iilin avqust ayında axtarışda olduğundan axtarış qərarının icrası təmin olunmuş və həmin şəxsin barəsində inzibati protokol tətbiq edilmişdir. 2025-ci ilin iyul ayında Şəxs etdiyi 1000 manat ödənişi nəzərə alınaraq xitam verilmişdir. Şəxs bu günə qədər olan borcu 2389 manatdır. Həmin şəxs çağırışlara gəlmədiyi üçün məşğulluqla bağlı köməklik etmək mümkün olmamışdır. Şəxs bağ evi ilə bağlı tədbir görülməmişdir. Şəxs 2020-ci il Vətən Müharibəsi iştirakçısıdır, 80 manat pensiya alır. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs bütün ödənişləri məcbudi icra tədbirləri nəticəsində etmişdir. Şəxs hər ay 300 manat alimentin ödəcəyi barədə iltizam alınsa da, ödəniş etməmiş, yenidən axtarışa verilmişdir. Şəxs yalnız məcburi icra tədbirləri nəticəsində aliment üzrə ödəniş etmişdir. Şəxs aliment borcunu tam şəkildə ödəməlidir. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, barəsində tərtib edilən protokoldan xəbərdardır, bildirişlə tanış olmuşdur. Alimenti vaxtında ödəyə bilməməsinin səbəbi işsizliyi ilə bağlı olmuşdur. Xəstəliyi ilə əlaqədar onu işlə təmin etmirlər. 1 aydır ki, təzə işə düzəlmişdir. Daş karxanasında fəhlə kimi işləyir. Hərbi xidmətdə də 15 il müddətinə xidmət etmişdir. 2020-ci ilin Vətən Müharibəsində iki dəfə partlayış travması almışdır. Xəstəliyi ilə bağlı sənədləri üzərindədir. 1 aydır ki, işləyir. Edə bildiyi ödənişləri avans alaraq ödəmişdir. Əməkhaqqı 700 manatdır, aliment üzrə hər ay 500 manat ödəyə bilər. X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs aliment borcu üzrə vaxtlı-vaxtında ödəniş etmir. O, uşaqları saxlamaqda çətinlik çəkir. Şəxs aliment borcu üzrə 2025-ci ilin sentyabr ayında 300 manat, fevralda 100 manat ödəmişdir. Şəxs ilə razılığa gəlməsi mümkün deyil. Onun özü də işləmir, uşaqlardan biri məktəblidir. Şəxs 29 avqust 2026-cı il tarixdə Qaradağ Rayon icra şöbəsinə axtarışla gətirildiyi zaman alient borcunu ödəyəcəyinə dair Şəxs öz dilindən iltizam alınarkən həmin şəxs 10 gün müddət ərzində alimenti ödəyəcəyini qeyd etsə də, aliment üzrə ödəniş aparmamışdır. Şəxs şikayətçidir, alimentin tam ödənilməsi tələb edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İmişli Rayon Məhkəməsinin 2(036)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməlidir. İmişli Rayon Məhkəməsinin 8(036)-54/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, 2(036)-126/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ttutlann hər bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment məbləği sonarkı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-1786/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında aliment üzrə hər ay 300 manat ödəniş etməyə imkanının çatdığını qeyd etmişdir. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İcraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, xx.xx.2024-cü il tarixdə icra sənədi üzrə X7 borcu 10 gün müddətində könüllü olaraq ödəməsi barədə müddət verilmiş, ödəməyəcəyi halda barəsində məcburi icra ödənişlərinin aparılması qərara alınmışdır. Borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından onun barəsində axtarış elan edilmiş və icra edilməsi üçün Bakı şəhəri Qaradağ RPİ-yə göndərilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, borclu fiziki şəxs qismində axtarışı elan edilmiş Şəxs saxlanılaraq Qaradağ rayon İcra şöbəsinə təhvil verimişdir. Şəxs Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə verdiyi xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi üzrə ödəniş etməməsinin səbəbi səhhəti ilə əlaqədar işləyə bilməməsi olmuşdur. Borcu üzrə hər ay 500 manat ödəyəcəkdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun, tələbklar X3 izahatı və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Çünki Şəxs icra məmurunun çağırışlarına gəlməmiş, yaşadığı ünvanda onu tapmaq mümkün olmamış, barəsində axtarış elan edilmiş, yalnız bundan sonra borclunun icra şöbəsinə gətirilməsi mümkün olmuşdur. Şəxs yalnız barəsində axtarış qərarının Qaradağ RPİ tərəfindən icra edilməsi nəticəsində Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə aparılmışdır. Şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında aliment borcu üzrə 300 manat ödəyə biləcəyini qeyd etsə də, yenə də aliment üzrə ödəniş etməkdən yayınmışdır. Şəxs aliment borcunu tam şəkildə ödəmək vəzifəsi vardır. Bunun üçün ona tələbin 10 gün müddətində könüllü icrası barədə bildiriş təqdim edilmişdir. İcra sənədi üzrə X2 da borclu Şəxs şikayətçi olduğunu bildirərək aliment borcunun Şəxs tərəfindən tam şəkildə ödənilməsini istəyir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini, 2020-ci il Vətən Müharibəsində iştirak edərək yaralanmasını, müxtəlif medallarla təltif olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-441/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-441/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver