Məhkəmə qərarları › İş №3(5-96)-444/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-444/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-444/2026 11.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsi 11-ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı X4, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, Masallı rayonu, Hüseynhacılı kəndində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Polis İdarəsi 11-ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 11 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 07 fevral 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 22 yanvar 2026-cı il tarixdə ördək balaları satması ilə bağlı X5 tərəfindən **********739956 saylı kart hesabına 125 manat pul köçürülmüş, lakin Şəxs ördək balalarını verməməklə şəxsin pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 11-ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı X6 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə ördək balalarını satması ilə əlaqədar X1 **********739956 saylı kart hesabına 125 manat pul göndərtdirmiş, lakin ördək balalrını verməməklə şəxsin pulıunu ələ keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs barışmışdır. Bunların nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 22 yanvar 2026-cı il tarixdə Mehman Dəmirov ondan bir ədədi 1,25 manatdan olmaqla cəmi 60 manata ördək balalarını almışdır və Mehman Dəmirovun etibarının qazanmışdır. Bunun ertəsi günü, yəni xx.xx.2026-cı il tarixdə Mehman Dəmirov ondan 100 ədəd ördək balası istəmiş, o, bunun üçün həmin şəxsdən **********739956 saylı kart hesabına 125 manat pul göndərtmişdir. Lakin o, aldadaraq ördək balalarını X3 göndərməmişdir. Hazırda zərərçəkmiş şəxs X3 dəymiş maddi ziyanı ödəmiş və həmin şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 öz izahatında göstərmişdir ki, 22 yanvar 2026-cı il tarixdə “TikTok” sosial şəbəkəsində Şəxs ördək balalarını satdığını görmüşdür. O, Şəxs ilə mobil telefonda danışaraq həmin şəxsdən bir ədədi 1,25 manatdan olmaqla cəmi 60 manata ördək balalarını almışdır. O, Şəxs inandığından xx.xx.2026-cı il tarixdə həmin şəxs ilə danışaraq 100 ədəd ördək balası istəmişdir. Şəxs örtdək balalrı üçün cəmi 100 manat pul istəmiş və pulu həmin şəxsin kart hesabına göndərməli olduğunu bildirmişdir. O, bunun üçün Şəxs **********739956 saylı kart hesabına 125 manat pul göndərsə də, Şəxs vəd etdiyi ördək balalarını göndərməyərək onu aldatmışdır. Hazırda Şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X5 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin Şəxs təqdim etdiyi ərizəsində zərərçəkmiş şəxslə barışdığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsində göstərilmişdir ki, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. 39.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin (İXM-nin) 227, 232-1-ci və 351- 1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar