Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-445/2026 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə X1 Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən qəbul edilmiş 07 fevral 2026-cı il tarixli İXP ******* nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 nümayəndəsi Vəkil şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) Şöbəsinin 07 fevral 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasənda qəbul edilmiş 07 fevral 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, istifadəsində olan **-BA-*** dövlət qeydiyyat nişanlı "Changan" markalı minik avtomobili ilə xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsində (Binə ticarət mərkəzinin yaxınlığında) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2026-cı il tarixli qərarla barəmdə 80 (səksən) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd etmişdir ki, sözügedən qərar qanunsuz və əsassızdır. Belə ki, inzibati xəta hadisəsinin qeydə alındığı yerdə tərəfimdən yolun hərəkət hissəsinin kənarında ikinci və ya sonrakı cərgələrdə dayanma və ya durma hərəkətinə yol verilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 nümayəndəsi Vəkil öz izahatında verilən şikayəti müdafiə edərək göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs qeyd olunan qaydanı pozmamışdır. Pozulma ehtimalı olan qayda İXM-nin 346.1-ci maddəsi ola bilər. Hüquqlarını müdafiə etdiyi X2 barəsində haqsız yerə cərimə tətbiq edilmişdir. Odur ki, qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-sına qanunverilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmiş, o cümlədən qeyd olunan inzibati xəta hadisəsinin tam videogörüntüləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-sı tərəfindən qəbul edilmiş 07 fevral 2026-cı il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X2 07 fevral 2026-cı il tarixində saat 13:08-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə TM ərazisində “Changan minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və durmasına görə və İXM-nin 327.1-1, 327.1-2, 327.2-327.6, 327.8, 328.2, 328.3, 328.4, 331, 333.1.333-1.1., 342.7, 343.1, 343-1.1 və 346.2 - 346.9-cu maddələrində müəyyən edilmiş balla qiymətləndirilən xətaları törətməklə sürücülər tərəfindən bir il ərzində 20 və daha çox bal toplanmasına görə X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin, 346.4 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Qaradağ Rayon Polis İdarəsinin DYPŞ-sı tərəfindən qəbul edilmiş 07 fevral 2026-cı il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş hadisənin görüntüsünü əks etdirən videogörüntüdən tam aydın olur ki, X2 göstərilən tarixdə qeyd olunan ərazidə “Changan minik” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durma hərəkətlərini həyata keçirməmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində göstərilir ki, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nın 07 fevral 2026-cı il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-445/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-445/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver