Məhkəmə qərarları › İş №3(5-96)-450/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-450/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-450/2026 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Şəki rayonu, Oxud kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokola və protokola əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs ünvan 2 ünvanında yerləşən “Sini” restoranı və avtomobil ehtiyat hissələri obyektində formalaşan tullantı çirkab suların təyinatsız olaraq çölə (açıq) kanala axıdılması faktı müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X2 Xidmətinin 1 Saylı Bakı Regional Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan MN seriyalı, ******* saylı, 11 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su X1 Suların İstifadəsinə və X2 xidməti 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi bildirmişdir ki, 11 fevral 2026-cı il tarixdə protocol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlini etiraf etdiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs tərəfindən ünvan 3 ünvanında yerləşən “Sini” restoranı və avtomobil ehtiyat hissələri obyektində formalaşan tullantı çirkab suların təyinatsız olaraq çölə (açıq) kanala axıdılması faktı müəyyən edilmişdir. 11 fevral 2026-cı il tarixli, 000387 nömrəli aktdan görünür ki, Şəxs ünvan 4 ünvanında yerləşən “Sini” restoranı və avtomobil ehtiyat hissələri obyektində formalaşan tullantı çirkab suların təyinatsız olaraq çölə (açıq) kanala axıdılması faktı müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən daçınmaz əmlak Şəxs xüsusi mülkiyyətindədir. xx.xx.2026-cı il tarixdə Şəxs verdiyi izahatdan görünür ki, obyektdə formalaşan çirkab sualr açıq kanala axıdılır. Qanunvericliyin tələblərini bilmədiyindən şambo tikdirməmişdir. İş materialarına əlavə olunmuş fotoşəkillərdən və videoçəkilişdən görünür ki, Şəxs məxsus ünvan 5 ünvanında yerləşən “Sini” restoranı və avtomobil ehtiyat hissələri obyektində formalaşan tullantı çirkab suları təyinatsız olaraq çölə (açıq) kanala axıdılır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3cü maddəsində olan inzibati xətanın törədilməsi onun izahatı, fotoşəkillər, akt və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Bununla da, məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin tərkibi olmuş və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar