Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-452/2026 13.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Kazımlı Orxan Əli oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 38-ci PŞ-nin polisi polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1966-cı ilə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və Qaradağ rayonu, Sahil qəsəbəsi, stansiya Qaradağ, nömrəsiz fərdi evdə faktiki yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati xəta haqqında materialda və protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində ictimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 38-ci PŞ-nin polisi polis leytenantı X6 bildirmişdir ki, İsa oğluna pasport rejim qaydalarını pozduğu üçün müraciət etmişdirlər. Şəxsə izah olunmuşdur ki, yaşadığı yerlə qeydiyyatda olduğu yer bir-birindən fərqli olduğundan bunun protokol tərtib edimişdir. Amma polisə tabesizlik etmişdir. Şəxs onlara müqavimət göstərmiş, nəticədə qarşısını almağa məcbur qalmışdırlar. Şəxs cəmiyyət içərisində onları alçaltmışdır. Şəxs şöbəyə dəvət edilmiş, aylıq iş planına əsasında inzibati protokol tərtib olunmuşdur. Qonşuları da həmin şəxsdən narazıdır. Mənzilin kənarından şəxsə inzibati qaydaları izah etmişlər. Şəxs onlara rüşvət almaqla bağlı böhtan atmışdır. Dövlət və polis haqqında nalayiq ifadələr işlətmişdir. O, Şəxs portal məlumatlarını götürdükdən sonra da Şəxs qanuni tələblərə tabe olmamışdır. Şəxs polisin qanuni tələbinə tabe olmadığı üçün həmin şəxs Qaradağ RPİ-nin 38-ci PŞ-nə gətirilmişdir. Hadisə xx.xx.2026-cı il tarixdə günorta saat 13 və ya 14 radələrində baş vermiş və Şəxs həmin vaxt da bölməyə aparılmışdır. Şəxs onun tərəfindən tutulsa da tərtib edilmiş tutulma protokolu iş üzrə materiallara əlavə olunmamışdır. Təqdim olunan protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hər ailə üzvünə görə 30 manat yəni ümumilikdə 120 manat cərimə ödənişini etməli olduğu Şəxs bildirilmişdir. Bununla da Şəxs bir il möhlət veriləcəyini demişdir. Qanuna tabe olmadığı üçün Şəxs bölməyə gətirməli olmuşlar. Mənzilin çölündən Şəxs çağıranda ad və soyadını vermişdir. Yaşadığı yerlə qeydiyyatda olduğu yer fərqli olmuşdur. Nur marketin qarşısında Şəxs saxlamışlar. Şəxs portal məlumatlarını götürdükləri halda Şəxs onlara tabesizlik göstərmişdir. Həmin vaxt Şəxs yanında bir oğlu və gəlini olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, polis əməkdaşı tərəfindən ondan ayda 30 manat ödəniş edilməsi tələb edilmişdir. Polis əməkdaşı onun 38-ci polis şöbəsinə getməli olduğunu bildirmişlər. Sahil qəsəbəsində mağazanın qarşısında onu 5 nəfər polis əməkdaşı məcburi şəkildə polis maşınına əyləşdirmişlər. Hansı əsasla polis şöbəsinə aparıldığını aydınlaşdırmaq istəyərkən polis əməkdaşlarından birinin üstü bulaşmışdır. Elə bu baxımdan da şöbəyə dəvət olunmuşdur. Polis inspektorunun onunla şəxsi ədavəti yarandığı üçün belə hərəkətlərə yol verilmişdir. Polis sahə inspektoru tərəfindən ona sənədə görə aylıq 30 manat ödəməli olduğu deyilmişdir. Birinci oğlunu tutmuşdurlar, sonra maqazinə gedəndə çıxıb onu soruşmuşdurlar. Sonra beş nəfər polis əməkdaşı birdən onun üstünə düşmüşdür. Heç bir qayda pozuntusuna yol verməmişdir. İşlə bağlı məhkəmədən ədalətli qarar qəbul edilməsini xahiş etmişdir. Polis tərəfindən ona xəbərdarlıq olunmamışdır. Şahid qismində çıxış edən X3 bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində xidmət apararkən, sahə inspektoru Şəxs bölməyə aparılmasının təmin olunması barədə göstəriş vermişdir. Şəxs tabe olmayaraq əl-qol atdığına görə, polis əməkdaşının paqonu cırılmışdır. Şəxs şəxsiyyəti müəyyən olunmalı olduğu üçün bölməyə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 13 fevral 2026-cı il tarixli MN ******* saylı protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsində ictimai qaydanı pozaraq polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş bir ədəd videoçəkilişdən görünür ki, Şəxs 4 nəfər polis əməkdaşının əhatəsində həmin əməkdaşlarla mübahisə etdiyi, rüsum ödəmədəyini bildirmişdir. Polis əməkdaşlarından birisi Şəxs polisin tələblərinə tabe olmasını və patrul avtomobilinə əyləşməsini bildirmişdir. Şəxs isə polis əməkdaşlarına getmək istəmədiyini, hansı əsasla aparıldığını, ona sənəd vermələrini demişdir. Polis əməkdaşları Şəxs məcburi qaydada post-patrul avtomobilinə oturtmuşlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, polis əməkdaşları yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulması ilə bağlı reyd apararkən Şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqına qanunvericliyin tələblərini pozduğu müəyyən olunmuşdur. Məhkəmə polis işçisinin qanuni tələblərinə əməl edilməməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanuni tələb dedikdə müvafiq prosessual qanunvericliklə polis əməkdaşına verilmiş və polis əməkdaşının hüquqlarından irəli gələn tələblər başa düşülməlidir. Hazırkı iş üzrə isə polis əməkdaşının hər hansı qanuni tələbi olmadığından həmin tələbin icra olunmaması və dolayısıyla bunun nəticəsində inzibati məsuliyyətin yaranmasından söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. Göründüyü kimi şəxs qeyd edilən inzibati xətanı törtədikdə onun barəsində xəbərdarlıq və ya inzibati cərimə növündə tənbeh tətbiq edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, polis sahə inspektoru, polis mayoru Anar Əliyev tərəfindən artıq Şəxs şəxsiyyəti sonuncunun yaşadığı ünvanda dəqiqləşdirilmişdi. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 563.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmək üçün Şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PŞ-nə dəvət olunmasına və ya digər hər hansı prosessual hərəkət edilməsinə zərurət olmadığından hazırki iş üzrə polis əməkdaşının tələblərinin qanuni hesab edilməsi üçün maddi və ya prosessual əsas mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 87.1-ci maddəsinə əsasən, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər. 109.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər. Qeyd edilən normaların məzmunundan göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər. Qanunvericiliyin tələbindən də aydın olur ki, şəxsin çağırış üzrə gəlməkdən boyun qaçırması halı baş verərsə bununla bağlı məhkəmə qərardad qəbul edir. Bu isə polis əməkdaşının barəsində inzibati xəta haqqında iş üzrə icraat aaparılan şəxsi məcburi olaraq polis şöbəsinə aparılmasına dair göstərişin qanuni olmamasını göstərir. Qanuni tələbin irəli sürülməsi üçün ilk öncə bu tələbin prosessual əsasları olmalı, daha sonra isə prosessual qanunvericilikdə nəzərdə tutulmuş halların tətbiqi üçün işin faktiki hallarından irəli gələn əsaslar olmalıdır. Hal-hazırda isə Şəxs 38-ci Polis Şöbəsinə dəvət olunması polis əməkdaşının qanunvericiliklə nəzərdə tutulmuş hüquq və vəzifələrindən irəli gəlmədiyindən qanuni tələb hesab oluna bilməz. Bundan başqa çağrışdan boyun qaçıran şəxsin gətirilməsi yalnız inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər. Şəxs yaşayış yeri üzrə qeydiyyat qaydalarını pozmaqla İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törətməsinə dair işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılması üçün isə şəxsin polis şöbəsinə dəvət olunması zərurəti mövcud olmamışdır. Polis əməkdaşı müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemindən əldə edilmiş məlumata əsasən şəxs barəsində inzibati protokol tərtib edə biləcəyi halda qanunvericliklə nəzərdə tutulmayan qeyri-prosessual tələblər irəli sürmüşdür. Qeyd edilən normalar və hallara əsasən müəyyən edilmişdir ki, polis əməkdaşının Şəxs polis şöbəsinə dəvət etməsinə dair göstərişi qanuni olmadığından həmin göstərişin icra olunmaması İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibini yaratmır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapmadığından Şəxs əməllərinə inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin yuxarıda təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 03 (üç) iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı 33 (otuz üç) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-452/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-452/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver