Məhkəmə qərarları › İş №3(5-96)-459/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-459/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-459/2026 16.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Pİ 10-cu Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Ağdam şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 2025-ci ilin dekabr ayının əvvəllərindən 2026-cı ilin yanvar ayının 15-dək olan müddət ərzində Qobu Park 1 ünvanında yerləşən “Oba” marketdən 68 ədəd şokoladı gizli yolla götürərək vətəndaş X2 285,60 manat maddi ziyan vurmuşdur. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X5 tərəfindən inzibati xəta haqqında MN ******* saylı xx.xx.2026-cı il tarixli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Pİ 10-cu Polis şöbəsinin sahə inspektoru, polis leytenantı X5 protokolu müdafiə edərək, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, 2025-ci ilin dekabr ayının əvvəllərindən 2026-cı ilin yanvar ayının 15-dək olan müddət ərzində Qobu Park 1 ünvanında yerləşən Oba marketdən təxminən 70-ə yaxın «Alpengold» markalı şokalad oğurlamışdır. Bu əməli işsiz və pula ehtiyacı olduğu üçün törətmişdir. Əməlindən peşmandır.Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir və onunla barışmışdır. İşə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında bildirmişdir ki, təxminən 1 ildir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu park-1 yaşayış kompleksi, 5-saylı binanın zirzəmisində yerləşən «Qobu Park-1 Oba marketin admistratoru vəzifəsində işləyir. 2026cı ilin yanvar ayının 15-də o, mağazada quraşdırılmış müşahidə kamerasına baxış keçirən zaman adını bilmədiyi şəxsin 2025-ci ilin dekabr ayının əvvəllərindən 2026-cı ilin yanvar ayının 15-dək olan müddət ərzində ayrı-ayrı vaxtlarda mağazaya gələrək işçilərin onu görmədiyindən əmin olub vitrində olan «Alpengold» markalı şokaladları oğurlamasını aşkar etmişdir. Bundan sonra o, hesab aparan zaman ümumilikdə 68 ədəd şokoladın oğurlanmasını müəyyən etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 285 manat 60 qəpik maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. İşə xitam verilməsini xahiş edir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X2 dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs özgəsinin əmlakını dələduzluq yolu ilə talamış və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə tövsif olunmalı və inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, başlanmış icraata isə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar