Məhkəmə qərarları › İş №3(5-96)-461/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-461/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-461/2026 18.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, X1 verdiyi şikayətin icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİM: ünvan 1 ünvanında yaşayan X3, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 335.1-ci maddəsi ilə məsuliyyətə cılb edilməyi barədə Qaradağ RPİ-nin DYPŞ polis mayoru X5 tərəfindən tərtib edilmiş 13 sentyabr 2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayətdə qeyd olunan qərarın ləğv edilməsi üzrə işə məhkəmədə mahiyyəti üzrə baxılmış və 08 yanvar 2026-cı il tarixdə 3(002)-2805/2025 saylı qərar qəbul edilmişdir. Həmin qərarın nəticə hissəsindən aydın olur ki, şikayət qismən təmin edilmiş, X1 inzibati tənbeh edilməsinə dair 13 sentyabr 2025-ci il tarixli TP ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmışdır. Göründüyü kimi şəxsin eyni məzmunlu ərizəsinə Qaradağ rayon məhkəməsində mahiyyəti üzrə baxılmış və mahiyyəti üzrə qərar qəbul edilmişdir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. X2 izah edilsin ki, Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən barəsində təkrar araşdırma nəticəsində qəbul edilmiş qərardan narazı qalacağı təqdirdə (əgər belə bir qərar qəbul edilmişdirsə) yenidən məhkəməyə müraciət edə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar