Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-462/2026 16.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2554/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar böyük icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və icra sənədi üzrə 2832 manat borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə MN serialı ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirmişdir ki, şəxsdən dəfələrlə aliment borcunu icra etməsi tələb edilsə də imkanı olmadığı üçün borcunu ödəməmişdir. Ümumi borc məbləğindən sadəcə 470 manat ödənilmişdir, yerdə qalan borc isə ödənilməmişdir. Borc 03 iyun 2025-ci il tarixindən yaranmışdır. Tələbkar 1 ilə yaxın müddət ərzində təyin olunmuş alimenti borcludan ala bilməmişdir. Aliment hər uşaq üçün minimum əmək haqqının 0,59 misli məbləğində yəni, aylıq 235 manat olmaqla ümumilikdə iki uşaq üçün isə aylıq 470 manat məbləğində müəyyən edilmişdir. Borclu alimenti qərəzli şəkildə icra etməkdən yayınmışdır. Şəxs ümumilikdə 2832 manat ödənilməmiş aliment borcu yaranmışdır. Tələbin yönəldiləcəyi əmlak yoxdur. Tələbkar X2 borclu Şəxs tərəfindən ödənilməmiş borcu tam olaraq tələb etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, borclu olduğundan məlumatı olmuşdur. İşləmədiyindən alimenti ödəyə bilməmiş və işə düzələciyi təqdirdə icra sənədi üzrə borcunu ödəyəcəkdir. İşsiz olduğundan maddi imkanın zəif olmuşdur. Övladlarına alimenti ödəmək istəsə də, maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməməmişdir. Uşaqları ilə nəinki görüşmək, hətta telefonla da danışması mümkün olmamıışdır. Uşaqları onunla ünsiyyət qurmaqdan imtina etmişlər. İşlədiyi dövrdə tələbkar X1 kart hesabına bir neçə dəfə 30, 40 və 50 manat məbləğlərində pul göndərmişdir. İşə düzəlməklə bağlı bacısından xəbər gözlədiyini və işə düzələcəyi halda hər ay borcunu vaxtında ödəyəcəkdir. Məhkəmə iclasında tələbkar X2 ilə telefon vasitəsilə əlaqə saxlanılan zaman tələbkar bildirmişdir ki, uzun müddətdir ki, tələbkardan alimeti ala bilməmişdir. Alimenti özü üçün yox, övladları üçün istədiyini bildirmişdir. Həmçinin tələbkardan şikayətçi olduğunu, alimenti tələb etdiyini və borc ödənilmədiyi təqdirdə müvafiq tədbirin görülməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, yaranmış aliment borcunun məbləğini nəzərə alaraq onun barəsində inzibati həbsin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 16 fevral 2026-cı il tarixdən, saat 17:05-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın icrası Qaradağ RPİ-yə və Qaradağ Rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-462/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-462/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver