Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-480/2026 18.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 346.6 və 332.3-cü maddələri ilə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31262697 saylı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 3 ay müddətinə icra edilmədiyindən Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərədə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol tərtib olunmuşdur. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialına əlavə olunmuş məlumatdan görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 31262697 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən protokol xx.xx.2026-cı ildə tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 150.11-ci bəndinə əsasən qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədi ilə məcburi icraya yönəldilir. Lakin iş materiallarına baxan zaman məlum olur ki, xx.xx.2025-ci il tarixli, EQ 31262697 saylı inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minir. xx.xx.2025-ci il tarixdən etibarən Şəxs 3 ay müddətində EQ 31293784 saylı qərar üzrə cərimə növündə inzibati tənbehi ödəmədiyindən onun barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmalı idi. Bununla belə, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs cərimə növündə inzibati tənbehin tətbiq edilməsi barədə xx.xx.2025-ci il tarixli, EQ 31262697 saylı qərarın qanuni qüvvəyə gündən 3 aylıq icra müddəti gözlənilmədən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol xx.xx.2026-cı il tarixdə deyil, xx.xx.2026-cı il tarixdə (İXP 7783524) tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.4-cü maddsinə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən, işin icraatını rədd edən halların mövcud olub-olmamasını həll edir. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-480/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-480/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver