Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-484/2026 18.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasova Məhbubə Nəsib qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X5, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 21 avqust 1992-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə 18 fevral 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 15 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, vətəndaş Şəxs özünü su idarəsinin əməkdaşı kimi təqdim edib, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, YYM-də yaşayan X2 evinə su sayğacı qoymaq məqsədilə 26 avqust 2025-ci il tarixdə 370 manat pul alıb onu aldatmışdır. Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 05 yanvar 2026-cı il tarixdə saat 17:49 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış masivi, №-siz fərdi evdə yaşayan X1 İşlər Nazirliyinin 102 xidməti-zəng mərkəzi sisteminə müraciət edərək yaşadığı evdə özünü su idarəsinin əməkdaşı kimi təqdim edən şəxs onun evinə su sayğacı qoymaq məqsədi ilə ondan 370 manat pul alıb onu aldanması barədə məlumat vermişdir. Araşdırma zamanı Şəxs öz izahatında törətdiyi əməli etiraf etmişdir. O öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X6 öz izahatında göstərmişdir ki, 26 avqust 2025-ci il tarixdə özünü "xxxx" nun əməkdaşı kimi təqdim edən Şəxs onun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Yeni Yaşayış masivi, №-siz fərdi evə su sayğacı qoymaq məqsədi ilə ondan 370 manat pul alıb onun etibarından suiistifadə edərək onu aldatmışdır. O, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda Şəxs ilə barışmaqla ona dəymiş ziyan tam ödənilmiş, Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 2018-ci ildən 2023-cü ilə qədər "xxxx" ASC-də nəzarətçi işləmişdir. Ramil adlı şəxsdən 370 manat borc almışdır. Sonra onun su sayğacını təmir edə bilməmişdir. Hazırda etdiyi əməldən peşman olmaqla zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəyən maddi ziyanın tam ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs X6 ərizə ilə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona vurulmuş ziyanın tam ödənildiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizə ilə Bakı şəhər Qaradağ rayon Məhkəməsinə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis mayoru X4 tərəfindən qəbul edilmiş 15 yanvar 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın nəticə hissəsindən aydın olur ki, X3 müraciəti əsasından toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim:Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(5-96)-484/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-484/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver