Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-486/2026 18.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, X1, Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ( FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1851/2020 saylı, 10 sentyabr 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmış və icra sənədi üzrə 7000 manat qalıq aliment borcu yaranmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X7 məhkəmə iclasında bildirmişdir ki, Şəxs işsiz olduğunu və pulunun olmadığını bəhanə gətirərək tələbkar X3 olan aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Tələbkar bu günə qədər olan 7000 manat borcunu tam olaraq tələb edir. Ümumi 9900 manat olan borcdan bu günə qədər sadəcə 2900 manat vəsait ödənilmişdir. Artıq 4 ilə yaxındır ki, borclu ödənişi verməkdən yayınmışdır. Son 1 ildə isə ümumiyyətlə ödəniş olunmamışdır. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, heç bir yerdə işləmir. İmkanı olmadığı üçün aliment üzrə ödənişi edə bilməmişdir. Borcu maddi imkanı olmadığı üçün yığılıb qalmışdır. Pulu olduqda ödəniş edəcəkdir. Borcu birdəfəlik ödəməsi mümkün deyildir. Hər ay hissə-hissə ödəniş edə biləcəkdir. Həbs olunmasının heç bir əhəmiyyətinin olmadığını, borcu ödəmək istədiyini və hər bir halda borcu ödəməli olduğunu demişdir. Məhkəmə iclasında tələbkar X4 alimenti övladları üçün istədiyini bildirmişdir. Övladının haqqını tələb etmişdir. Borcu ödəmədiyi halda Şəxs həbs olunmasını tələb etmişdir. Son 4 ildə aliment ödənişi edilməmişdir. Sadəcə borclu tərəfindən keçən ilin dekabr və bu ilin yanvar aylarında hərəsində 200 manat olmaqla ümumilikdə 400 manat pul ödənilmişdir. Borcluyla barışmasının mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, yaranmış aliment borcunun məbləğini nəzərə alaraq onun barəsində inzibati həbsin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 18 fevral 2026-cı il tarixdən, saat 17:45-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın icrası Qaradağ RPİ-yə və Qaradağ Rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-486/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-486/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver