Məhkəmə qərarları › İş №3(5-96)-5/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-5/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-5/2026 26.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Şikayət vermiş şəxs X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul olunmuş 2000 (iki min) manat məbləğində 29 dekabr 2025-ci il tarixli cərimə olunmağı barədə inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və onun pozulmuş hüquqlarının bərpa olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, onun valideynləri Laçın rayonunun, Alxaslı kəndində anadan olmuşlar. Mənfur ermənilər tərəfindən 1992-ci il tarixdə Laçın şəhəri işğal edildikdən sonra valideynləri köçkün düşərək ailə üzvlərilə birlikdə dövlət tərəfindən onlara verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Hərbi şəhərcikdə müvəqqəti məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olaraq həmin ünvandada yaşayırlar. Mən də həmin ünvanda anası Şalikova Xatirə ilə birlikdə yaşayır. Həmin torpaq sahəsində 3 otaqdan ibarət fərdi ev tikmişlər. Həmin evin həyətində 2008-ci il tarixdə o, anası və babası Şalikov Baloğlan tərəfindən ərik ağacı əkmişlər. Hal-hazırda müvəqqəti həyətyanı sahə özlərinə məxsusdur və həmin evlərə çıxarış verilməmişdir. Qeyd etmişdir ki, sözügedən həmin kəsdiyi ərik ağacı məskunlaşdığı dövlət tərəfindən ona verilmiş həyətyanı sahədə evinin divarının dibinə ailə üzvləri ilə birlikdə özləri əkmişlər. Sonradan bu ağac bar vermədi çürüməyə başladı. Bu ağac yağış yağarkən və onların tərəfindən sulanarkən yaşadıqları evin bünövrəsinə su veirdi və evin bünövrəsi çökməyə meyillənirdi, ziyan verirdi. Həmin ərik ağacı tamamilə çürümüş vəziyyətdə olduğu və evin damına mane törətdiyinə görə ağacın kökü evin quruluşuna təsir edirdi. Hətda çürümüş ağacın budağı qırılaraq evinin damına düşüb şifirləri sındırıb damın üst örtüyünə ciddi zərər vurmuşdur. Bərk külək olan kimi çürümüş ağac kötüydən yellənib ailə üzvlərinə ciddi təhlükə yaradırdı. Həmin ağacın mövcudluğu və çürüməsi nəticəsində şirə verməyə başladı və içində yerləşən müxtəlif xoşagəlməz həşəratlar evinə qədər yayılmış və ailə üzvlərinin yəni onun və anasının sağlamlığına alergiyanın yaranmasına səbəb olaraq qaşıntılar olurdu. Evinə xəsarət yetircək fərqli həşaratlar və sürünən heyvan mənşəli ilan belə girərək onlarda psixoloji sarsıntı, qorxu yaratmışdır. Bu vəziyyət həm evlərində sanitariya problemləridə yaratmışdı. Bu qorxunun və təhlükənin aradan qaldırılması üçün həmin ağacın kəsilməsini düşünərək çürümüş ağacı kəşməyə məcbur qalmışdır. Kəsilmiş ağaca faktiki olaraq kötükdən qurumuş və ciddi təhlükə mənbəyi olmuşdur. Həmin ağacın kəsməyimə məcbur oldum. Bildirirəm ki, həmin ağac sağlam olmadığı üçün çürümüş eyni zamanda bar da vermirdi. Artıq ağac yararsız bir vəziyyyətdə idi. O, dəfələrlə Bakı şəhəri Yaşıllaşdırma idarəsinə və Azərbaycan Respublikası Ekologiya və X5 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə şifahi olaraq ağacın oradan götürülməsi üçün müraciətlər etməyinə baxmayaraq gəlib ağacı kəsmədilər və başqa heç bir tədbir görmədilər. Çürümüş ərik ağacı isə hər gün təhlükəli olaraq çürüdüyü üçün budaqları adi havada və külək əsəndə qırılıb və ya kökündən çıxıb ziyan vermək ərəfəsində idi. Buna görə də o məcbur qalıb həmin ağacı özü 10 oktyabr 2025-ci il tarixdə kəsmişdir. Bundan sonra Qaradağ rayon polis idarəsinin əməkdaşları onların həyətə gəlib ondan ağacın kəsilmə səbəbini soruşduqda onlara həmin ağacın çürüyərək yüksək təhlükə mənbəyinə çevrildiyi, ziyan verdiyi üçün bu məqsədlə kəsdiyini demişdir. Sonra isə Qaradağ rayon polis idarəsinin 38-ci polis bölməsində təhqiqatçıya bu barədə izahat vermişdir. 17 dekabr 2025-ci il tarixdə isə Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X4 yaşadıqları həyətə gələrək mobil telefon vasitəsi ilə kəsilmiş ağacın şəkilini çəkdi getdi. O, həyətlərində akt və protokol tərtib etmədi. 19 dekabr 2025-ci il tarixdə isə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun (***-***-**-**) mobil telefon nömrəsinə mesaj gələrək barəsində protokol tərtib edilməsi bildirildi. Həmin mesajda 29 dekabr 2025-ci il tarixdə nömrəsiz məktubla mən Azərbaycan Respublikası Ekologiya və təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşdur. Lakin o həmin gün xəstəliyi ilə əlaqədar üzürlü səbəbdən 29 dekabr 2025- ci il tarixdə təyin edilmiş araşdırmada iştirak edə bilməmişdir. 30 dekabr 2025-ci il tarixdə isə oradan onun barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə 2000 (iki min) manat məbləğində cərimə olunmasına dair inzibati tənbeh qərarın surətini imza edib götürmüşdür. Hesab edir ki, həmin qərar qanunsuz və əsasızdır. Onun hərəkətlərində inzibati cərimə qanunsuz və əsasız olaraq tərtib edilmişdir. Ona görə də bu qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 öz izahatında verdiyi şikayəti müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Hərbi şəhərcikdə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olaraq həmin ünvandada yaşayırlar. Hal-hazırda müvəqqəti həyətyanı sahə özlərinə məxsusdur. Həmin evlərə çıxarış verilmir. Kəsdiyi ağacla bağlı bildirmişdir ki, həmin ağac məskunlaşdığı dövlət tərəfindən ona verilmiş həyətyanı sahədə evin divarının dibindədir, evin damına maneə törətdiyinə, həmin ağac vasitəsi ilə müxtəlif həşəratlar dolduğuna görə və ağacın kökü evin fundamentinə təsir etdiyi üçün quru çürük ağacı kəsmişdir. Vaxtı ilə həmin ağacı özü babası ilə birlikdə 2008-ci ildə əkmişdir. Yuxarıda göstərdiklərini nəzərə almadan 11 saylı Regional Ekologiya İdarəsi protokol yazıb onu cərimə etmişdir. Və o heç bir inzibati xəta pozuntusuna yol verməmişdir. Odur ki, qeyd edilən protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 14 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş müraciət əsasında yuxarıda qeyd olunan faktla bağlı onlar tərəfindən araşdırma aparılmışdır. Araşdırma zamanı Qaradağ rayonu, Sahil qəsəbəsi, Hərbi şəhərcik adlanan ərazidə bir ədəd 30 sm diametrli köküstə yaş ərik ağacını kəsən şəxsin X8 olduğu müəyyən edilmişdir. Onlar da təqsirkar şəxsi dəvət edərək protokol tərtib etmişlər. Ekspertiza aparılan zaman qeyd olunan ağacın köküstə yaş olduğu aşkar edilmişdir. X8 yazılı izahat verməkdən imtina etsə də törətdiyi əməli etiraf etmişdir. Araşdırma zamanı qeyd olunan ağacın qanunsuz kəsildiyi aşkar edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 dekabr 2025-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokoldan və 29 dekabr 2025-ci il tarixli, MN ******* asylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X8 05 noyabr 2025-ci il tarixində Qaradağ rayonu, Sahil qəsəbəsi, Hərbi şəhərcik adlanan ərazidə köküstə yaş 30 sm diametrli bioloji inkişafda olan 01 ədəd ərik ağacını kəsərək məhv etməsi nəticəsində təbiətə 900 manat məbləğində ziyan vurduğuna görə İXM-nın 253.2-ci maddəsinin tələblərini pozduğuna görə 2000 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 17 dekabr 2025-ci il tarixli 094529 saylı aktdan aydın olur ki, Qaradağ rayonu Polis İdarəsinin 38-ci X7 daxil olmuş “Qaradağ rayonu, Sahil qəsəbəsi, Hərbi şəhərcik adlanan ünvanda 1 ədəd ərik ağacının kəsilməsi və təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi” məzmunlu xx.xx.2025ci il tarixli 48-3/2-6880 nömrəli məktubla əlaqədar tərəfimizdən yerində keçirilən baxış zamanı 01 ədəd köküstə yaş 30 sm diametrli ərik ağacının kəsilərək məhv edilməsi faktı aşkar edilərək xx.xx.2025-ci il tarixli 951 nömrəli baxış aktı tərtib olunmuşdur.Tərəfimizdən inzibati xətanı inzibati xətanı törətmiş təqsirkar şəxs və ya şəxsləri müəyyənləşdirilərək qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə zəruri məlumatların (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, fin kodu, qeydiyyatda olduğu ünvan) İdarəyə təqdim edilməsi üçün 38-ci Polis Şöbəsinə xx.xx.2025-ci il tarixli 3-xx-xx/22395/2025 nömrəli məktubla müraciət olunmuşdur. İdarəyə Qaradağ rayonu Polis İdarəsi 38-ci Polis Şöbəsindən müraciətimizə cavab olaraq Qaradağ rayonu, Sahil qəsəbəsi, Hərbi şəhərcik adlanan ərazidə 1 ədəd 30 sm diametrli ərik ağacını kəsən şəxsin xx.xx.1994-cü il tarixdə Bərdə rayonunun Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Laçın rayonu, Alxaslı ərazi dairəsi, Alxaslı kəndində qeydiyyatda olan X8 olduğunu xx.xx.2025-ci il tarixli 3-13-48-312-81-78 nömrəli məktubda bildirilmişdir. xx.xx.2025-ci il tarixində X8 məsələ ilə əlaqədar idarəyə gələrək sözügedən ağacın evinin damına maneçilik törətdiyi üçün kəsdiyini bildirsə də, ağacın götürülməsi ilə bağlı hər hansı müsbət ekoloji ekspertiza rəyinin olmadığını qeyd etmişdir. Aşkar olunmuş faktla əlaqədar vətəndaşa Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” qanununun 10, 13-cü maddələrinin tələbləri pozulduğunu, Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydasının tələblərinin yerinə yetrilmədiyi izah olunaraq Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasına əsasən tərəfimizdən ziyan məbləği hesablanmışdır. X1 iştirak etsə də akta imza etməkdən, yazılı izahat verməkdən imtina etdi. Araşdırma müddətində ərazidən çəkilən fotoşəkillər, müraciət və cavab məktubları, izahat, təbiətə dəymiş ziyan cədvəli akta əlavə edilir. Məhkəmə baxışı zaman şikayətçi X8 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsinin tələbinə əsasən Meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar