Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-501/2026 23.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/ 30928431 saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayəti məhkəmə baxışına hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/ 30928431 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-də sürücü kimi işə qəbul olunmuşdur. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həmin müəssisədə sürücü ışləmişdir. xx.xx.2025- ci il tarixdə sürücülük hüququ məhdudlaşdırıldıqdan sonra həmin müəssisədə xx.xx.2025-ci il tarixə qədər çilingərlərə köməkçi işləmiş, xx.xx.2025-ci il tarixdə isə, sürücülük hüququmu bərpa edə bilmədiyi üçün işdən azad olunmuşdur. Lakin YPX tərəfindən xx.xx.2025-ci il tarixdən sonra, heç bir avtobus idarə etmədiyinə baxmayaraq, ona xx.xx.2025-ci il tarixdə elektron protokol yazılmış və 400 manat cərimə, 240 manat dəbbə pulu hesablanmışdır, o cümlədən : Protokol EQ/30928429 xx.xx.2025-ci il, sürət həddi, cərimə 400 manat, dəbbə pulu 240 manat; Bu protokolun onun adıma yazılmasını tamamilə qanunsuz və əsassız hesab etmişdir. xx.xx.2025-ci il tarixdən sonra sürücü işləməmişdir. Elektron protokol tərtib edilən zaman sükan arxasında onun olmağını təsdiq edən heç bir sübut yoxdur (foto, kamera görüntüləri və digər). Protokol üzrə qərar qəbul edilən zaman inzibati xətanı törədən (cərimə olunan) şəxs qismində onun adı göstərilmişdir. EQ/ 30928429, №-li protokolda törədilmiş xəta kimi sürət həddi qeyd olunmasına baxmayaraq, qərar hissəsində İXM-in 332.3-cü maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi göstərilmişdir. Eleltron kamera şəxsiyyəti təyin etmək qabiliyyətinə malik olmadığından YPX əməkdaşları tərəfindən öz təxəyyüllərinə əsasən cərımə olunan şəxsi seçmələri insan hüquqlarının tapdalanması olduğunu qeyd etmişdir. Şəxsin hüquqpozması sübuta yetirilmədən günahkar bilinərək barəsində cəza qərarı çıxarılması polisin və ya təhqiqat orqanlarının sübutları təhrif etməsi və ya düzgün istiqamətdə aparılmaması, faktların yanlış qiymətləndirilməsi və ya sübutların qeyri-obyektiv təqdimatı əsasında baş vermişdir. Apardığı araşdırma əsasında məlum olmuşdur ki, **-JT-*** nömrəli avtobusu xx.xx.2025-ci il tarixdə X3 (əlaqə tel. 055 667-57-57) idarə etmişdir. Qeyd olunan protokolun onun adından çıxarılması üçün dəfələrlə DYP-yə müraciət etməsinə baxmayaraq, DYP əməkdaşları tərəfindən düzəliş edilməyib və bu günə qədər ona yazılı heç bir məlumat verilməmişdir. Onun barəsində tərtib edilmiş EQ/30928429-No-li protokolun ləgv edilməsi və ınzibati tənbeh vermə qərarına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X1 şikayəti təmin olunmalı, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025ci il tarixli EQ/ 30928431 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata inzibati xəta tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikasının İXMnin 53.1.11-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ/ 30928431 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş yol vərəqindən görünür ki, **-JT-*** nömrəli avtobus xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixlərdə X2 təhkim olunmuşdur. Göründüyü kimi inzibati xəta hadisəsinin qeydə alındığı xx.xx.2025-ci il tarixdə “İSUZU SAZ HC45 MİKROAVTOBUS” markalı “**-JT-***” dövlət qeydiyyat niaşnlı nəqliyyat vasitəsini X4 deyil, X3 idarə etmişdir. Bununla yanaşı iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, EQ/ 30928431 saylı inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə baş versə də bununla bağlı qərar xx.xx.2025-ci ildə qəbul edilmişdir. Bu isə İnzibati Xətatalar Məcəlləsin tələblərinin pozulduğunu göstərir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346- 1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Göründüyü kimi İnzibati Xətalar Məcəllənin 328-ci maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu məsələsini həll edir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 Noyabr 2021-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinin “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəası yalnız həmin Məcəllənin 53-cü maddəsində göstərilən, mahiyyəti üzrə işə baxmadan və sübutları qiymətləndirmədən icraatı rədd edən halları ehtiva edir. Qeyd edilən Plenum Qərarından da aydın olduğu kimi, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində göstərilən hallarda iş üzrə icraata xitam verə bilər. Hazırki iş üzrə isə elektron qərar real vaxt rejimində tərtib edilməmişdir. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.1.11-ci maddəsinə əsasən X4 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. X4 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda nəzərdə tutulmuş 328.1-ci maddəsi ilə inzibati xəta hadisəsi olmadığından o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən X1 barəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ/ 30928431 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ/ 30928431 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.11-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-501/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-501/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver