Məhkəmə qərarları › İş №3(5-96)-505/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-505/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-505/2026 23.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1974-cü ildə Türkiyə Respublikasının Trabzon rayonun Arsin qəsəbəsində doğulmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki övladı olan, deməsinə görə xarici ölkədə karqo işi ilə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsi tərəfindən Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 8(002)-150/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli icra vərəqəsini və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1304/2022 saylı, 01 iyun 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 8(002)-150/2018 saylı, 29 oktyabr 2018-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh Şəxs qarşı «borc öhdəliyinin icra edilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış qətnaməyə əsasən tutulmalı olan borc məbləğinin indeksasiya edilməsi barədə tələbkar "xxxx" MMC-nin direktoru Səyavuş Miriyevin ərizəsi qismən təmin edilməsi, borclu Şəxs tələbkar "xxxx" MMC-nin xeyrinə tutulmalı olan 9.730 manat 29 qəpik məbləğində borc indeksasiya edilməklə, 21.073 manat 19 qəpik müəyyən edilməsi, Borclu Şəxs 145 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1304/2022 saylı, 01 iyun 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 9322 manat məbləğində təhsil haqqı və 113,22 manat dövlət rüsumu olmaqla, cəmi 9435,22 manat (doqquz min dörd yüz otuz beş manat iyirmi iki qəpik) məbləğində pulun tutularaq iddiaçı "Heydər Əliyev adına Müasir Təhsil Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Borclu halhazıradək yaranmış borcundan "xxxx" MMC-nin xeyrinə 500 manat, "xxxx" MMC-nin xeyrinə isə 300 manat ödəmişdir. İcra şöbəsində borclu öz izahatında yaranmış borcundan xəbəri olduğunu, "xxxx" MMC-nin xeyrinə 500 manat, "xxxx" MMC-nin xeyrinə isə 300 manat ödədiyini, ölkədə olmadığından və ailə vəziyyətinin pis olması səbəbi ilə ödəniş edə bilmədiyini, borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, mobil telefon vasitəsilə tələbkar təşkilatlara məhkəmə iclasının yeri və vaxtı barədə məlumat versə də iş həcminin çoxluğuna görə nümayəndənin iştirak edə bilməyəcəyi və yaranmış borcun ödənilməsini xahiş edilmişdir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 23 fevral 2026-cı il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul edərək göstərmişdir ki, qeyd olunan borclarından bu gün "xxxx" MMC-nin xeyrinə 500 manat, "xxxx" MMC-nin xeyrinə isə 300 manat ödəmişdir. İcra şöbəsindən ona heç bir bildiriş göndərilməmiş, yalnız bu gün, yəni 23 fevral 2026-cı il tarixdə bildirişi almasına dair imza etmişdir. Belə ki, o uzun illərdir ki, işləmək üçün xarici ölkələrdə yaşamış və 21 fevral 2026-cı il tarixdə ölkəyə qayıdarkən hava limanında onun icra şöbəsi tərəfndən axtarışda olduğu bildirilmişdir. Ona ünvanlanmış məhkəmə və icra bildirişlərindən məlumatı olmamışdır. Lakin buna baxmayaraq şərait yaradılacağı təqdirdə yaranmış borcunu qısa müddətdə ödəyəcəyini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu tələbin könüllü icrasına dair bildirişi almasına dair qeydi bu gün, yəni 23 fevral 2026-cı il tarixdə imzalamışdır. Göründüyü kimi borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 8.2-ci maddəsində göstərilir ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu X3 əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar