Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-510/2026 25.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olan X3 Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, X3 Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, işdə olan X3 göndərdiyi şikayətdən göründüyü kimi, həmin şikayət xx.xx.2026-cı il tarixdə verilmişdir. X2 barəsində İnzibati Xətalar Məcəlləsinin Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. X4 ərizəsində sözügedən qərardan xx.xx.2026-cı il tarixdə xəbəri olduğunu bildirmişdir. Məhkəmə ötürülmüş prosessual müddətin bərpasına dair vəsatətə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan 5 il ərzində məlumatı olmaması ağlabatan hesab oluna bilməz. Bununla yanaşı X3 inzibati tənbeh vermə haqqında qərardan xx.xx.2026-cı ildə xəbəri olması faktı təsdiqini tapsaydı belə yenə də qanunvericliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş hesab olunacaqdır. X1 müddəti ötürməsinə dair hər hasnı üzrlü səbəb məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bu səbəbdən ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə formal xarakter daşımaqdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən həmin məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İXM-nin 130.3-cü nmaddəsinə əsasən, buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 şikayəti qanunla müəyyən edilmiş müddəti ötürməklə verdiyindən şikayət və şikayətə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməsin və prosessual müddət üzürsüz səbəbdən ötürülmüş hesab edilməlidir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, qəraraaldı: X3 Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və şikayətə əlavə edilmiş sənədlər ona geri qaytarılsın. Qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatət təmin edilməsin və prosessual müddət üzürsüz səbəbdən ötürülmüş hesab edilsin. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-510/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-510/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver