Məhkəmə qərarları › İş №3(5-96)-527/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-527/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-527/2026 24.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi – 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, AZNS 133 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-28/2025 nömrəli icra sənədinə əsasən Şəxs tələbkar X4 5.102,50 manat məbləğində borcu qalmışdır. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərara görə tərəflərin birgə nikah döründə əldə etdikləri «Tofaş Şahin» markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 5.000 manat məbləğində pul vəsaitinə 1/2 hissədə iddiaçı X5 və 1/2 hissədə cavabdeh Şəxs pay hüquqları müəyyən edilməlidir. Həmin avtomobilin satışından əldə edilmiş pul vəsaitinin 1/2 hissəsini təşkil edən 2.500 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X6 ödənilməlidir. Birgə nikah dövründə əldə olunmuş 2 ədəd tək adamlıq çarpayı -130 manat, 2 ədəd xalça qəhvəyi rəngli xalça 1,70 x 2,40 m-40 manat, yaşıl rəngli xalça 1,60 x 2,40m-40 manat, 5 metrlik mətbəxt mebeli – 380 manat, tak divan qəhvəyi rəngli 85 manat, masa-80 manat, 3 ədəd miz yazısı olan 7 kq tutumlu paltaryuyan maşın olan soyuducu-250 manat, üzərində «Riffel>> markalanma yazıları olmayan qaz sobası 50 manat, üzərində «Rokos>> yazıları olan aspitarator-10 manat, qırmızı rəngli Türkiyə istehsalı üzərində «Fantom TYPE WF W11» yazıları olan tozsoran-40 manat, üzərində «Grundig» yazısı olan, 109 diaqonal plazma televizor-310 manat, cəmi 1.695 manatın 1/2 hissəsini təşkil edən 847,50 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilməklə, həmin əşyalar bütünlüklə cavabdeh Şəxs sahibliyinə və istifadəsinə verilməlidir. Ailə həyatı qurarkən iddiaçı X5 cehiz kimi apardığı (işlək vəziyyətdə olduqları dövrə münasibətdə köhnəlmə (aşınma) faizi nəzərə alınmaqla orta bazar dəyəri) yataq mebeli, taxt, dolab, trümo, dolabçalar, Çilçıraq, masa-miz, divan-kreslo, pərdələr karnizlər-700 manat, bərpası mümkün olan televizor altlığının təmir-bərpa olunması üçün 40 manat, cəmi 740 manat məbləğindəpulvəsaiti Hacımuradoğlundan tutularaq cavabdehŞəxs iddiaçıƏzizovaAynurə Dadaşqızınaödənilsin. Ailə həyatı qurarkən cehiz kimi apardığı taxt döşəyi, yorğanı, yastıqlanı – 40 manat, 3 tək adamlıq döşək -60 manat, 4 tək adamlıq yorğan – 60 manat, 4 ədəd yastıq 40 manat, 5 ədəd ədyal 80 manat, 6 ədəd balaca döşək – 30 manat, 2 ədəd nazik ədyal 20 manat, blender 100 manat, ütü altlığı 20 manat, 1 ədəd çuqun vedrə 20 manat, 1 ədəd böyük çuqun tas 20 manat, 1 ədəd çuqun, 1 ədəd nikel dolça (krujka)-15 manat, 1 ədəd böyük taxta qaşıq-3 manat, 6 ədəd kiçik taxta qaşıq dəsti -4 manat, 6 ədəd aş qaşığı – 10 manat, 6 nəfərlik plastmas qulplu qaşıq dəsti – 10 manat, 1 ədəd qara çini meyvə qabı – 20 manat, 6 ədəd armudu nəlbəki, 6 ədəd büllur stəkan – 30 manat, 6 ədəd razetka – 5 manat, 2 ədəd büllur qapaqlı konfet qabı-20 manat, 2 ədəd büllur meyvə qabı – 40 manat, 2 ədəd xrustal meyvə qabı 40 manat, 6 ədəd göy masqura – 10 manat, dəst duz və salfetka qabı qutuda 5 manat, 1 qutu ayrı-ayrılıqda fincan dəsti – 15 manat, 6 ədəd sünbüllü bəzəkli kasa 10 manat, 6 ədəd qara rəngdə çini kasa – 20 manat, 7 ədəd kala güllü boşqab dəsti 20 manat, 7 ədəd ağ boşqab dəsti 20 manat, keks qabları böyükdəmir, balacasilikon-15manat, 3mərtəbəlivaza-15manat, qırmızı çuqun qazan dəsti - 15 manat (2 ədəd var idi, 4 ədədi yox idi), 2 ədəd «Tefal» qulplu qazan - 100 manat, alüminium qazan və tava - 20 manat, 3 ədəd balaca çuqun fincan - 10 manat, 2 ədəd kapron fincan - 10 manat, 2 eded sünbül bəzəkli aş buludu - 10 manat, 6 ədəd uzunsov salat qabi 15 manat, 6 ədəd aş boşqabı 10 manat, 6 ədəd balaca boşqab 10 manat, 3 ədəd ağ çay dəsmalı - 8 manat, 6 ədəd rəngli çay dəsmalı - 15 manat, 2 ədəd hamam xalatı - 20 manat olmaqla, ümumi dəyəri 1.015 manat dəyərində olan əşyalar, əşyalar olmadıqda və yaxud yararsız vəziyyətdə olduqda isə dəyəri olan 1.015 manat məbləğində pul Şəxs tutularaq iddiaçı X6 ödənilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Nəticədə borclu Şəxs tərəfindən 5.102,50 manat ödəniş həyata keçirilməmişdir. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirmişdir ki, borclu Şəxs halhazırda işləsə də, ödənişlər etməmişdir. Odur ki, sonuncu barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında özünü təqsirli bildiyini, lakin borclu olduğu məbləği hazırki iclasa tam ödəməyə maddi vəziyyətinin imkan vermədiyini, tələbkarla borcun hissə-hissə ödənilməsinə dair razılıq əldə etdiyini bildirmiş, qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, nikahları pozulduqdan sonra iki övladından biri onunla birgə yaşadığı üçün aliment ödənilməməsi barədə tələbkarla qarşılıqlı razılaşmışlar. İcra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Müdafiəçi Vəkil izahatında borclu Şəxs ödənilməmiş borcunun 1 il ərzində ödəniləcəyini bildirmiş, borcun ödənilməsi üçün məhkəmədən möhlət istəmiş, barışıq əldə olunduğu üçün sonuncu barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 izahatında borclu Şəxs tərəfindən ona ödənilməli məbləğin 5.102 manat təşkil etdiyini bildirmişdir. Eyni zamanda borclu ilə həmin borcun 1 (bir) il ərzində hissə-hissə ödənilməsinə dair aralarında razılıq əldə edildiyini, bu barədə məhkəməyə ərizə təqdim edərək iş üzrə iraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-28/2025 nömrəli icra sənədinə əsasən ərarvad arasında əmlak mübahisələri üzrə Şəxs ilə birgə nikah dövründə əldə olunmuş əmlakın yarısı, həmçinin ailə həyatı qurarkən iddiaçı X2 özü ilə cehiz kimi apardığı əşyaların dəyəri ilə ümumilikdə 5.102 manat müəyyən edilmiş və iddiası qismən təmin edilməklə onun xeyrinə 5.102 manat məbləğində pulun X2 xeyrinə ödənilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-28/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin xx.xx.2026-cı il tarixli könüllü icra barədə bildirişindən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-28/2025 nömrəli icra sənədinə əsasən Şəxs borcluya 5.102,50 manat məbləğində borcu yaranmışdır. AZEMİS-dən əldə olunmuş məlumatlardan görünür ki, Şəxs iş yeri üzrə əmək haqqısı 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair də heç bir hal müəyyən edilməmişdir. Belə ki, məhkəmə iclasında borclunun iş yeri və aylıq əmək haqqı olduğu halda tutulmaların onun əmək haqına yönəldilmədiyi, tələbkarla borclu arasında borcun hissə-hissə ödənilməsinə dair razılığın əldə olunduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə borclunun üzərinə düşən borcun ödənilməsindən qərəzli olaraq yayınması hallarının mövcud olduğunu hesab etmir. Məhkəmə hesab edir ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə və ya inzibati həbs tənbeh tədbirinin tətbiq ediməsi yuxarıda göstərilənlərə əsasən məqsədə müvafiq deyildir ona görə cərimə tənbeh növü borclunun üzərində olan borcun ödənilməsinin daha da çətinləşməsinə, inzibati həbs tənbeh tədbiri isə borclunun işlə təmin olunmasına mane ola bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməmişdirsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. Odur ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar