Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-529/2026 24.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2026-cı il tarixdə Puta qəsəbəsi, Puta 3 ünvanında yerləşən “Oba” mağazasından 01 ədəd “Təkdad” markalı 2.50 manat dəyərində olan servalatı və bir ədəd “Safran” markalı 3 manat dəyərində olan qara kişmişi gizli yolla götürərək vətəndaş X3 5,50 manat maddi ziyan vurmuşdur. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis şöbəsinin sahə inspektoru, kapitan X2 tərəfindən inzibati xəta haqqında MN ******* saylı xx.xx.2026-cı il tarixli protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Pİ 10-cu Polis Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, dostu Cavidlə birlikdə xx.xx.2026-cı il tarixdə saat 09:00 radələrində Qaradağ rayonu Puta qəsəbəsi ərazisinə ona məxsus maşını təmir etmək məqsədilə getmişdir. Daha sonra Puta qəsəbəsi ərazisində yerləşən Oba marketə yemək almaq üçün girmiş və maddi imkan olmadığından kolbasa və bir balaca qabda qara kişmiş götürmüşlər. Əməlindən peşmandır.Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir və onunla barışmışdır. İşə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirmişdir ki, 3 il müddətdir ki , Qaradağ rayonu, Puta qəsəbəsi, Puta 3 ünvanında yerləşən “Oba” mağazasında, mağaza müdiri vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə qeyd edilən mağazada işdə olan zaman saat 09:00 radələrində mağazadan tanımadığı 2 nəfər şəxs tərəfindən 01 ədəd “Təkdad” markalı 2.50 manat dəyərində olan servalatın və bir ədəd “Safran” markalı 3 manat dəyərində olan qara kişmişin oğurlanmasını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 5,50 manat məbləğində ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir. İşə xitam verilməsini xahiş edir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X3 dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs özgəsinin əmlakını dələduzluq yolu ilə talamış və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə tövsif olunmalı və inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, başlanmış icraata isə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-529/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-529/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver