Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-538/2026 27.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı, X2 barəsində tərtib olunmuş Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokoldan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, MÜƏYYƏN ETDİM: X2 barəsində tərtib olunmuş Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli protokoldan şikayət verərək işə yenidən baxılmasını məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş inzibati xəta haqqında protokoldan aidiyyəti üzrə Daxili İşlər orqanlarına müraciət etməli olduğu halda düzgün olmayaraq məhkəməyə şikayət ərizəsi vermişdir. Qeyd edilməlidir ki, qanunvericilik tərəfindən inzibati xəta haqqında iş üzrə yalnız inzibati tənbeh vermə haqqında qərarlardan məhkəməyə şikayətin verilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələblərinə əsasən hesab edirəm ki, yuxarıda qeyd olunan əsaslara görə X1 inzibati xəta haqqında iş üzrə verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 barəsində tərtib olunmuş Bakı şəhər DYPİ-nin xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(5-96)-538/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-538/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver