Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-539/2026 26.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlu, X3 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32573602 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə və ona əlavə olunmuş açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ 32573602 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, X2 şikayət ərizəsini nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, inzibati xəta haqqında protokol İXM-nin 328.2-ci maddəsilə tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X1 rayonu, Piyadalar kəndində qeydiyyatdadır. Bu səbəbdən, X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32573602 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə baxmaq səlahiyyəti Bərdə Rayon Məhkəməsinə məxsusdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsi isə həmin Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətaların törədilməsi nəticəsində qəbul edilən elektron qərarları nəzərdə tutur. X2 barəsində isə İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair elektron qərar qəbul olunduğundan həmin Məcəllənin 129.1.3-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarlardan şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının xx.xx.1996-cı il tarixli 55-İQ №-li Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “AZEMİS” Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən X1 rayonu, Piyadalar kəndində qeydiyyatdadır. Qeyd edilən səbəblərdən X2 Azərbaycan Respublikasının DİN-nin Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 32573602 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109, 110, 118-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2025ci il tarixli, EQ 32573602 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi və ona əlavə olunmuş materiallar baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-539/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-539/2026
26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver