Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-546/2026 02.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-179/25 nömrəli, xx.xx.2025-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin böyük icra məmuru X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-179/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 02 oktyabr 2024-cu il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1984 manat tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra prosesində Qaradağ rayon İcra şöbəsində eyni borclu barəsində iki icra sənədinin olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyini nəzərə alaraq, barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, borclu Şəxs onun çağırışlarına gəlməmiş, ödənişlər edib-etmədiyini dəqiqləşdirmək mümkün olmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu gün qəbzlər təqdim etmişdir. Belə ki, o, hər iki uşaq üçün hər ay 544 manat ödəməli olduğu halda 2025-ci ilin iyun ayında 500 manat, iyul ayında 200 manat, avqust ayında 200 manat, sentyabr ayında 150 manat, oktyabr ayında 20 manat, noyabr ayında 320 manat, 2026-cı ilin fevral ayında isə 500 manat ödəniş etmişdir.Ödənişlər natamam olduğu üçün aliment borcu yığılmışdır. Digər icra sənədi ilə bağlı isə fevral ayı ərzində cəmi 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini, lakin hal-hazırda işsiz olduğu üçün ödəniş edə bilmədiyini bildirmişdir. Bundan əlavə aliment üçün aylıq sabit pul məbləğindən xəbərdar olmadığına görə ödənilən aylıq ödənişlər tam olmamışdır. Məhkəmə tərəfindən ona ödəniş etməsi üçün vaxt verilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir, əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında Şəxs mütəmadi gəlir əldə etmədiyini, gəlir əldə etdiyi zaman sonuncunun ödənişləri vaxtında edəcəyini bildirmiş, müdafiə etdiyi şəxs barədə inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkarlar X4 və X5 məlumat verilməsinə baxmayaraq tələbkarlar məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmanın təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 179/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən sənədi üzrə 02 oktyabr 2024-cu il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün borclu Şəxs tələbkar X2 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2025- 016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1984 manat tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin 91021/2025-34-11- 002 nömrəli, xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən borclu Şəxs borcun könüllü ödənilməsi ilə bağlı məlumatlandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-179/25 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/25 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-179/2025-018 nömrəli, xx.xx.2025-ci il tarixli və Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7 xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(5-96)-179/25 nömrəli, xx.xx.2025-ci il tarixli, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2025-016 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-179/25 nömrəli, xx.xx.2025-ci il tarixli, Qaradağ Rayon Məhkəməsinin 2(002)-213/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-422/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Musa oğlu barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən 08 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs aliment ödənişlərindən qərəzli şəkildə yayınması nəticəsində hazırki tarixədək X4 münasibətdə 5664 manat, X5 münasibətdə isə 1984 manat məbləğində aliment borcları yaranmışdır. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi qəbul edildiyi vaxtdan borc məbləğinin ödənilməsinə laqeyd yanaşmışdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, borclu dəfələrlə icra sənədinin icra olunması üçün qanunauyğun şəkildə xəbərdarlıq edilməsinə baxmayaraq, ödənişləri qeyri-müntəzəm etmişdir. Bundan əlavə o, borcun ödənişinə münasibətdə tamamilə laqeyd yanaşmışdır. Borclu Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməыini icra etməməsi səbəbindən inzibati məsuliyyətinə cəlb edilməsinə baxmayaraq, ödənişləri qeyri-müntəzəm həyata keçirməyə və laqeyd davranışa davam etmişdir. Məhkəmə icra məmurunun və borclunun izahatında qeyd etdiklərini, məhkəmə tərəfindən vaxt veriləcəyi təqdirdə borclunun aliment ödənişlərinə davam etməsi barədə vədinin az inandırıcı olduğunu, icra məmurunun çağırışlarından yayınmasını, axtarış nəticəsində polis əməkdaşları tərəfindən icra şöbəsinə təmin edilməsini, onun hazırki tarixə yığılmış borcunun məbləğini, tələbkarların şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 02 mart 2026-cı il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 saata görə 44 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 02 mart 2026-cı il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 saata görə 44 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(5-96)-546/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-546/2026
02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver