Məhkəmə qərarları › İş №3(5-96)-564/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-564/2026

27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-564/2026 27.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar Kərəm qızının sədrliyi, Alıyev Cavid Əbil oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsinin 11-ci polis şöbəsinin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə, Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, evli, Saatlı rayonu, X.B.Natəvan ev 2də qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, 2-ci ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Qaradağ RPİ-nin 11-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 27 fevral 2026-cı il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Qaradağ rayonu, Qobustan qəsəbəsində olarkən yerdən rəngli sellofana bükülmüş büküm tapıb içərisində olan marexuananı siqaretə dolduraraq Qaradağ rayonu, Qobustan qəsəbəsində istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon Polis İdarəsinin 11-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X2 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə Qobustan ərazisində özünü qeyri-adekvat aparmış, ona yaxınlaşan polis əməkdaşlarının verdiyi suallara doğru-düzgün cavab vermədiyi üçün polis bölməsinə dəvət olunmuş, sonuncunun məhkəmə-narkoloji ekspertizadan keçirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi" PHŞ-nin 27 fevral 2026-cı il tarixli, 645 nömrəli ambulator müayinə aktına əsasən, Şəxs sidik testində narkotik vasitə və psixotrop maddə, yəni THC (+) aşkar edilmişdir. Qeyd olunan faktlarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən, şəxsin barəsində qanunamüvafiq tədbirin görülməsini məhkəmədən xahiş etmişdir. Narkoloji yoxlamaya göndərilmiş və bu zaman narkotik vasitə istifadə etdiyi aşkar olunmuşdur. Barəsində şikayət olduğundan bölməyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək qeyd etmişdir ki, narkotik vasitəni yerdən tapmışdır. Hadisə Qobustan qəsəbəsi ərazisində baş vermişdir. Daha öncə bir dəfə Rusiyada olarkən 2011-ci ildə narkotik vasitə istifadə etmişdir. Evlidi, 3 azyaşlı övladı var. Əməlindən peşmanlıq hissi keçirir və bir daha belə hallara yol verməyəcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X5 tərəfindən verilmiş “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2026-cı il tarixli 645 nömrəli aktından görünür ki, Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X4 ambulator məcburi-narkoloji tibbi yoxlama ekspert komissiyasının xx.xx.2026-cı il tarixli, 1673 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs kannaboidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülmüşdür. İnzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 03:45-də tutulmuşdur. xx.xx.2026-cı il tarixli qərarla Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, inzibati xəta haqqında protokol, müayinə aktı, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi himayəsində üç yetkinlik yaşına çatmayan uşağın olması müəyyən edilmişdir. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 27 fevral 2026-cı il saat 03:45 tarixindən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar