Məhkəmə qərarları › İş №3(5-96)-565/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-565/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-565/2026 02.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, işsiz, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-743/2012 saylı, 11 iyul 2012-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 10000 (on min) manat tutularaq X2 ödənilməsi ilə bağlı ödənilməmiş 7690 manat borcunun olması ilə bağlı icra vərəqinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və ödəniş olunmadığına görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 2(002)-743/2012 saylı, 11 iyul 2012-ci il tarixli icra vərəqəsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Şəxs 10000 (on min) manat məbləğində pul tutularaq X2 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, 19 fevral 2013-cü il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu qətnamənin icrasından yayındığına görə Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 24 iyun 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum edilmişdir. Şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Cavabdeh Şəxs bu gün yəni 02 mart 2026-cı il tarixdə məhkəmə baxışı dövründə yaranmış borcundan daha 5000 manat ödəniş etmişdir. Borclunun izahatı alınarkən o yaranmış borcundan xəbərdar olduğunu, tam ödəməyə imkanının olmadığını bildirmişdir. Tələbkar borcunu tam tələb etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, özünə məxsus mobil telefondan tələbkar X3 ilə əlaqə saxlanılmış, tələbkar öz izahatında səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, yaranmış borcun tam şəkildə ödənilməsini, bu baş vermədikdə isə borclu barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Bütün bu qeyd etdiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən 02 mart 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, yaranmış borcundan xəbəri var, lakin heç bir yerdə işləmədiyinə görə və heç bir qazanca malik olmadığına görə yaranmış borcundan lazımi ödənişlər edə bilməmişdir. Lakin bu gün yaxın qohumlarının vasitəçiliyi ilə 5000 manat məbləğində pulun tələbkara təqdim edilməsi məqsədilə icra məmuruna təqdim edilmişdir. Qalan 2690 manat borcunu da qısa müddətdə ödəyəcəyinə söz verir. Odur ki, göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki Şəxsnın yaranmış borcundan xəbəri olmaqla icra sənədini tam icra etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 02 mart 2026-cı il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və yaranmış qalıq borcundan bu gün kifayət qədər yüksək məbləğdə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar