Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-580/2026 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2007-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs narkotik maddə sərxoşluğundan şübhəli bilindiyi üçün xx.xx.2026-cı il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsi 38-ci polis şöbəsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan THC (+) qəbul etməsi müəyyən edilmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X2 bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə səhər saat 07:30 radələrində Qızıldaş qəsəbəsi ərazisində təhsil aldığı liseyin yaxınlığında olan boşluq ərazidə narkotik vasitə qəbul etmiş, xx.xx.2026-cı il tarixdə saat 11:00-da polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsi 38-ci polis şöbəsinə gətirilmiş, narkotik vasitə qəbul edib-etmədiyini müəyyən etməkdən ötrü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika narkoloji mərkəzindən müayinədən keçirilmiş və Şəxs narkotik vasitə olan THC (+) qəbul etməsi müəyyən edilmişdir.Protokolu müdafiə edir və Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 2 ildir ki, ara-ara olaraq narkotik vasitə istifadə edir. Qızıldaş qəsəbəsində yerləşən Tikinti və Quraşdırma liseyində təhsil alır. Tanımadığı şəxsdən 10 manata 1 büküm qurudulmuş marixuana almış və həmin narkotik vasitəni xx.xx.2026-cı il tarixdə səhər saat 07:30 radələrində Qızıldaş qəsəbəsi ərazisində təhsil aldığı liseyin yaxınlığında olan boşluq ərazidə istifadə etmişdir. Törətdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, 666 saylı aktdan görünür ki, Şəxs sidiyində narkotik tərkibli vasitə olan THC(+) aşkar edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2026-cı il tarixli, 1731 nömrəli rəyindən görünür ki, Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, NARKOMANİYA xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs narkotik vasitə olan marixuana istifadə etmiş, bununla da onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. AR İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 350 (üç yüz əlli) manat cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserdə proflaktik qeydiyyata alınsın. Qərarın icrası Qaradağ rayon İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-580/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-580/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver