Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-96)-583/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi ilə, X2 Qaradağ RPİ DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 tərəfindən Qaradağ RPİ DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materiallar aidiyyəti üzrə Səbail rayon məhkəməsinə göndərilməlidir. Belə ki, X3 xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Liman küçəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozaraq inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X3 tərəfindən Qaradağ RPİ DYPŞ-nin xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilsin Hakim: Teymur Qurbanov İş № 3(5-96)-583/2026 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 04 mart 2026-cı ildə Bakı şəhərində Hakim Qurbanov Teymur Əhməd oğlu, X2 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətə baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. X1 barəsində qəbul edilmiş qərarın ləğv edilməsinə dair şikayətin Səbail rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etdi. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-583/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(5-96)-583/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver