Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-584/2026 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Pİ 11-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 14:05 radələrində Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Qeyd edilənlərlə bağlı Şəxs barəsində Qaradağ RPİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə nəzərdə tutulan MN seriyalı ******* saylı, xx.xx.2026-cı il tarixli protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 11-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X5 protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə, saat 14:05 radələrində Bakı şəhəri Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Əzimkənd kəndində post yoldaşları ilə xidmətdə olarkən maşının içərisində çən olduğunu görüb maşına tərəf yaxınlaşmış və sürücüyə çənin kimə məxsus olduğunu soruşmuşlar. Bu zaman sürücü maşını onların üzərinə sürmüşdür. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2026-cı il tarixində saat 22:00 radələrində həyətində olan su maşını ilə fermaya su aparmaq istəyərkən polis əməkdaşları ona yaxınlaşaraq, maşının polis şöbəsinə aparılmalı olduğunu qeyd etmişlər. İlk öncə polis əməkdaşları ilə razılaşmamış, daha sonra polis bölməsinə getmişdir. Barəsində tərtib edilmiş protokol tam olaraq əsassız və qanunsuzdur. Qeyd edilənlərə əsasən işə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 15:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında materialı araşdırıb, sübutlara məcmu halda, hüquqi qiymət verərək hesab edirəm ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İstinad edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq etməsi və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. AR İXM-nin 53.0.1-ci və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-584/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-584/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver