Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-586/2026 03.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-99/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənlərlə bağlı Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan 03 mart 2026-cı il tarixli MN serialı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X7 məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-99/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi 07 aprel 2021-ci il tarixdə icraata qəbul edilmişdir. Şəxs tələbkara ödənilməli olan 3766 (üç min yeddi yüz altmış altı) manat məbəğində pul vəsaitini 5 ilə yaxın müddətdə ödəməkdən yayınmış, borclu yalnız həmin məbləğin 1450 manatını ödəmiş, qalan 2316 manat pulu isə hal-hazradək ödməmişdir. Borc yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır. X1 şikayət ərizəsi iş materiallarına əlavə edilmişdir. Uzun müddət keçməsinə baxmayaraq borc Şəxs tərəfindən ödənilməmişdir. Onun icraatında borclu Şəxs tərəfindən aliment ödənilməsi ilə bağlı ayrıca icra sənədi olsa da həmin məsələ ilə əlaqədar ona şikayət daxil olmamışdır. Borclu Şəxs icra məmurunun çağırışlarından yayınmamışdır. X1 şikayəti olduğu üçün Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, işsiz olduğu üçün borcu ödəyə bilməmişdir. Sonuncu dəfə keçən ilin sentyabr ayında 100 manat məbləğində ödəniş etmişdir. Alimentlə bağlı borcunu ödəsə də hazırki icra sənədi üzrə borcunu işsizlik səbəbindən ödəyə bilməmişdir. X2 ilə məhkəmə iclasında mobil telefon vasitəsilə əlaqə saxlanılan tələbkar zaman bildirmişdir ki, borclu Şəxs ona olan borcu 6 ilə yaxın müddətdir ödəmədiyindən həmin şəxsdən şikayətçidir. Onun Şəxs ilə razılığa gəlməsinin mümkün olmadığını və borc ödənilməyəcəyi təqdirdə borclunun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qaradağ Rayon Məhkəməsinin 2(002)-99/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs dəymiş ziyanın əvəzi olaraq 3766 (üç min yeddi yüz altmış altı) manat alınaraq iddiaçı X3 xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə Şəxs borcu 10 gün müddətində könüllü olaraq ödəməsi barədə müddət verilmiş, ödəməyəcəyi halda barəsində məcburi icra ödənişlərinin aparılması qərara alınmışdır. Şəxs Bakı şəhəri Qaradağ rayon icra şöbəsinə verdiyi xx.xx.2026-cı il tarixli izahatından görünür ki, icra sənədi üzrə ödəniş etməməsinin səbəbi işləyə bilməməsi olmuşdur. Gələn aydan işləyəcəyi üçün hər ay borcu hissə-hissə ödəyəcəyini bildirmişdir. Borclunun inzibati məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, X2 borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun, tələbklar X3 izahatı və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə tövsif olunmalı və həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati cərimə növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-586/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-586/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver