Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-587/2026 04.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X9, Zərərçəkmiş şəxslər X3,X8, X1 və X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Korgöz qəsəbəsi, MİO 67 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 2-ci massivdə yerləşən ünvansız fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X14 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 04 mart 2026-cı il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati protokoldan aydın olur ki, Şəxs 15 dekabr 2025-ci il tarixdə Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi ünvanında yerləşən “Al market “dən cəmi dəyəri 24 manat olan iki ədəd yağ, 27 dekabr 2025-ci il tarixdə Lökbatan qəsəbəsi, 6-cı massivdə F. Müzəffərovun avtobusundan 40 manat məbləğində pulu, 12 yanvar 2026-cı il tarixdə Lökbatan qəsəbəsi, C. Qəhrəmanov küçəsi ünvanında yerləşən “Al market” dən 20 manat dəyərində 01 ədəd “Banketnaya” markalı spirtli içkini, 13 dekabr 2025-ci il tarixdə “Sədərək” TM –də X2 63 manat pulu dədləduzluq yolu ilə ələ keçirərək xırda talama hadisəsini törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X14 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 15 dekabr 2025-ci il tarixdə Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi ünvanında yerləşən “Al market “-dən cəmi dəyəri 24 manat olan iki ədəd yağ, 27 dekabr 2025-ci il tarixdə Lökbatan qəsəbəsi, 6-cı massivdə F. Müzəffərovun avtobusundan 40 manat məbləğində pulu, 12 yanvar 2026-cı il tarixdə Lökbatan qəsəbəsi, C. Qəhrəmanov küçəsi ünvanında yerləşən “Al market” dən 20 manat dəyərində 01 ədəd “Banketnaya” markalı spirtli içkini, 13 dekabr 2025-ci il tarixdə “Sədərək” TM –də X2 63 manat pulu dədləduzluq yolu ilə ələ keçirərək xırda talama hadisəsini törətmişdir. İnzibati xəta törətmiş şəxsin halhazıradək vurulmuş ziyandan heç bir ödəniş etməməsini və dörd nəfər zərərçəkmiş şəxsin şikayətçi olmasını bildirərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X6 öz izahatında göstərmişdir ki, 27 dekabr 2025-ci il tarixdə idarə etdiyi 111 saylı avtobusu Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə saxlamışdır. Bu zaman avtobusda olan qəpiklər oğurlanmışdır. Nəticədə ona 40 manat ziyan dəymişdir. Şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də ona qarşı şikayəti yoxdur. Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X11 öz izahatında göstərmişdir ki, 15 dekabr 2025-ci il tarixdə müdiri olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsində yerləşən “Al Market” mağazasından 02 ədəd yağ Elşad adlı şəxs tərəfindən oğurlanmışdır. Nəticədə ona 24 manat ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir və Şəxs şikayətçidir. Odur ki, Şəxs barəsində “inzibati həbs” növündə tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X5 öz izahatında göstərmişdir ki, 08 yanvar 2026-cı il tarixdə müdiri olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 166 saylı məktəbin yaxınlığında yerləşən “Al Market” mağazasından 01 ədəd “Banketnaya” markalı 20 manat dəyərində spirtli içki oğurlanmışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilməmişdir və Şəxs şikayətçidir. Odur ki, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X7 öz izahatında göstərmişdir ki, 13 dekabr 2025-ci il tarixdə Şəxs “Sədərək” TM ərazisində olarkən yolda onu saxlatmış, ondan 63 manat pul istəmiş, axşama qədər qaytaracağını bildirmiş lakin pulu qaytarmamışdır. Hal hazırda ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, hal-hazırda maddi imkanı olmadığı üçün dəymiş ziyanlardan ödəniş edə bilməyəcəyini, törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 06 yanvar 2026-cı il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞnın təhqiqatçısı, polis leytenantı Kamil Həsənov tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, ünvan 3 ünvanında yaşayan vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət iş başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin əməlində İXM-nin 227-ci maddəsinin tarkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın sureti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 25 dekabr 2025-ci il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞnın təhqiqatçısı, polis leytenantı Pərvin Hüseynli tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, ünvan 4 ünvanında yaşayan vətəndaş X8 müraciəti əsasında toplanmış material üzrə cinayət iş başlanması rədd edilmiş, hadisəni törətmiş Elşad adlı şəxsin əməlində İXM-nin 227-ci maddəsinin tarkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın surəti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 22 yanvar 2026-cı il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞnın təhqiqatçısı, polis leytenantı Cavad Zahidov tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, ünvan 5 ünvanında yaşayan vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət iş başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin əməlində İXM-nin 227-ci maddəsinin tarkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın sureti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 06 yanvar 2026-cı il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞnın təhqiqatçısı, polis leytenantı Kamil Həsənov tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, ünvan 6 ünvanında yaşayan vətəndaş X4 müraciəti əsasında toplanmış material üzrə cinayət iş başlanması rədd edilmiş, hadisəni törətmiş naməlum şəxs və ya şəxslərin əməlində İXM-nin 227-ci maddəsinin tarkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın sureti aidiyyəti əməkdaşa həvalə edilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğurluq və dələduzluq yolu ilə özgəsinin əmlakını ələ keçirməsi hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 03 mart 2026-cı il tarixdən saat 13:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-ya həvalə edilsin.
4. Zərərçəkmiş şəxslərə izah edilsin ki, qeyd olunan xırda talama hadisəsi ilə bağlı onlara vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə gələcəkdə Şəxs qarşı mülki qaydada iddia qaldırmaq hüququna malikdirlər. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov