Məhkəmə qərarları › İş №3(5-96)-597/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-597/2026

05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-597/2026 05.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru X4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsi ilə 05 mart 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 27 fevral 2026 və 02 mart 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində yerləşən “Oba” marketdən 3 ədəd dəyəri 99 manat olan “Beta” markalı çay, həmin tarixdə fərqli saatda həmin marketdən 48 ədəd dəyəri 31 manat olan “Alpen gold” şokoladı, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Oba” marketdən dəyəri 38,61 manat olan 9 ədəd “Alpen gold” şokoladı, həmin tarixdə fərqli saatda həmin marketdən dəyəri 64,35 manat olan 15 ədəd “Alpen gold” şokoladı, xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Oba” marketdən dəyəri 99 manat olan 3 ədəd “Beta” markalı çay oğurlanmışdır. Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müxtəlif vaxtlarda bir neçə ünvandan oğurluq etmişdir. Yalnız “Oba” marketlər şəbəkəsinə məxsus mağazalardan oğurluq etmişdir. Oğurluğu hansı səbəbdən etdiyini deməmişdir. Şəxs 5 dəfə oğurluq əməli törətmişdir. Həmin şəxsin inzibati xətanı törətməsini təsdiq edən videogörüntülər də mövcuddur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs atasına da məlumat verildikdə dəymiş ziyanı 1 ay ərzində ödəniləcəyini demişdir. Lakin həmin faktların üstündən təxminən iki ay müddət keçməsinə baxmyaraq zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanlar ödənilməmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən şəxs sahə inspektorunun dedikləri ilə razıdır. 48 ədəd dəyəri 31 manat olan “Alpen gold” şokoladı isə oğurlamamışdır. Zərərçəkmişlərdən üzr istədiyini və zərərçəkmiş şəxslərə vurduğu ziyanları ödəməyə hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, onun mağazasından Şəxs xx.xx.2026-cı il tarixdə birinci dəfə 00:10-da, 2-ci dəfə 06:30-da olmaqla onun sahibi olduğu Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən “Oba market” mağazasından iki dəfə oğurluq etmişdir. Oğurluq baş verən zaman Şəxs özünü şübhəli apardığını görsə də kameraya baxdıqda mağazasından oğurluq edildiyindən xəbəri olmuşdur. Zərərin ödəniləcəyi təqdirdə Şəxs ilə barışacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, Şəxs mağazaya qardaşı ilə gəlmişdir. Həmin şəxslər onun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 28 may küçəsində yerləşən “Oba market” mağazasından 3-4 dəfə oğurluq etmişlər. Hətta Şəxs qardaşını bir dəfə marketdən spirtli içki oğurlayan yerdə həmin şəxsi tutub mağazadan qovmuşdur. Hadisə baş verən zaman o, işçi geyimində olmamışdır. Fərid Afərin ilə aralarında barışıq olmamışdır. Zərərin ödəniləcəyi təqdirdə Şəxs ilə barışacağını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, Şəxs onun mağazasından bir neçə dəfə gəlib çayları, şokoladları oğurlamışdır. Eyni gündə müxtəlif saatlarda girib marketə və hissə-hissə malları talayıb getmişdir. Şəxs yanında başqa adam görməmişdir. Aralarında barışıq olmamışdır. Zərərin ödəniləcəyi təqdirdə Şəxs ilə barışacağını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 02 ədəd xx.xx.2026-cı il tarixli və 03 ədəd xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs zərərçəkmiş şəxslər Fərəcov X6 Züleyxa Əli qızı və X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Oba market” mağazalarından oğurluq etməsi faktları üzrə cinayət işinin başlanması rədd edilmiş və həmin 5 epizod oğurluq faktı üzrə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nə məlumat verilmişdir. Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə inspektoru, polis mayoru X4 mobil telefonunda olan həmin faktlara dair videogörüntülər tədqiq edilmişdir. Həmin videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs1 müxtəlif tarixlərdə Zərərçəkmiş şəxs2 və X1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Oba market” mağazalarından oğurluq etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə, Şəxs beş epizod üzrə müxtəlif tarixlərdə mağazalardan oğurluq etməsini, izahatında kifayət qədər səmimiyyət göstərməməsini, təxminən iki ay müddət ərzində zərərçəkmiş şəxslərə vurduğu və məbləğləri yüksək olmayan maddi ziyanları ödəməməsini və buna görə də zərərçəkmiş şəxslərin Şəxs qarşı şikayətçi olmalarını, məsuliyyətini yüngülləşdirən halların aşkar edilmədiyini, zərərçəkmiş şəxslərin izahatlarından göründüyü kimi Şəxs əvvəllər də oğurluq etməyə cəhd etdiyini nəzərə alaraq ona Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbs etmənin əvvəli 05 mart 2026-cı il tarixdə saat 15:45-dən hesablansın. Qərar dərhal icra edilsin. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın icrası Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Zərərçəkmişlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X2 vururlmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar