Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-63/2026 09.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon Pİ 10-cu Polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə küçəsi nömrəsiz evdə qeydiyyatda olan, Qaradağ rayon, Müşviqabad qəsəbəsi, 28 May küçəsi, nömrəsiz evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025, xx.xx.2025, xx.xx.2025, xx.xx.2026-ci il tarixlərində hər dəfə 50 manat dəyərində müxtəlif markalı yağ məhsullarını gizli yolla götürərək vətəndaş X2 200 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis şöbəsinin polis sahə inspektoru X5 tərəfindən inzibati xəta haqqında MN2235189 saylı xx.xx.2026-cı il tarixli protokol tərtib edilmişdir. Barəsində inzibati iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə tanışı Ayxan adlı şəxslə spirtli içkinin təsiri altında Müşviqabad Qəsəbəsi, Qaçqınlar binası adlanan ərazidə yerləşən “Oba Market”dən yağ məhsullarını gizli yolla götürərək vətəndaş X2 maddi ziyan vurmuşdur.Əməlindən peşmandır.Halhazırda zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir və onunla barışmışdır. İşə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında bildirmişdir ki, 2025-ci ilin noyabr, dekabr aylarında və 2026-cı ilin yanvar ayında müxtəlif vaxtlarda olmaqla, müdiri olduğu “Oba” marketdən tanımadığı 2 nəfər şəxs müxtəlif markalı yağ məhsullarını gizli yolla götürərək ona 700 manat maddi ziyan vurduğu üçün polisə müraciət etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir. İşə xitam verilməsini xahiş edir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxs X2 dəymiş ziyan ödənilmişdir və onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs özgəsinin əmlakını dələduzluq yolu ilə talamış və bununla da onun hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə tövsif olunmalı və inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, başlanmış icraata isə xitam verilməlidir Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və vurulmuş ziyanı tamamilə ödəməklə zərərçəkmiş şəxslə barışdığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(5-96)-63/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-63/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver