Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-96)-637/2026 10.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Fərəcov Amil Famil oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis leytenantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 10 mart 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Həmin protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 2026-cı ilin yanvar ayında Qaradağ rayonu, Lökbatan qəsəbəsində qanunsuz olaraq psixotrop maddə istifadə edərək Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulan iznibat xətanı törətmişdir. tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə inspektoru, polis leytenantı X5 protokolu müdafiə edərək bildirmişdir ki, 06 mart 2026-cı il tarixdə Şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsində narkotik vasitə istifadə etmişdir. Şəxs polis bölməsinə dəvət olunmuş, daha sonra isə polis bölməsindən buraxılmışdır. Növbəti gün, yəni 07 mart 2026-cı il tarixdə narkoloji müayinəyə aparılmışdır. Narkoloji müayinə zamanı narkotik vasitə istifadə etməsi aşkar olunmuşdur. Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, onu hazırda məhkəmə iclasında iştirak edən polis əməkdaşı tutmamışdır. Evdən çıxdıqdan sonra çöldə başqa polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ailəyə qazanc gətirmək üçün evdən çıxmışdır. İki övladının olmasının, bir daha belə hallara yol verməyəcəyinə söz verməsinin və törətdiyi əməldən peşman olmasının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X1 verilmiş “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” xx.xx.2026-cı il tarixli 729 nömrəli aktından görünür ki, Şəxs götürülmüş sidik nümunəsində MOP (+), THC (+), MTD (+), MET(+) aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X2 ekspert komissiyasının xx.xx.2026-cı il tarixli 1960 saylı rəyindən görünür ki, müayinə zamanı Şəxs Opioidlərin, Kannabinoidlərin və Psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq, tərəflərin izahatlarını dinləyib hesab edir ki, Şəxs inzibati xəta haqqında iş üzrə məsuliyyətə cəlb olunmalıdır. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol, tibbi müayinə aktı, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. “AZEMİS” elektron məhkəmə informasiya suistemindən əldə edilmiş məlumatlara əsasən, inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi onun xx.xx.2015-ci il təvəllüdlü Cabbarlı Faiq və xx.xx.2018-ci il təvəllüdlü Cabbarlı Ömər adlı yetkinlik yaşına çatmayan iki övladının olması aşkar edilmişdir. İnzibati xətaya görə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən, Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşmaçılıq hissi keçirməsini və himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(5-96)-637/2026
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(5-96)-637/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver